Əsas Səhifə > Manşet / Sosial > Cəfərli kənd uşaq bağçasında işlər sürətlə davam etdirilir

Cəfərli kənd uşaq bağçasında işlər sürətlə davam etdirilir

6-12-2017, 16:27
Cəfərli kənd uşaq bağçasında işlər sürətlə davam etdirilir

Bu gün Qazax rayonunda həyata keçirilən tikinti, abadlıq və quruculuq işlərinin cöğrafiyası və miqyası geniş və əhatəlidir. Rayon mərkəzi ilə yanaşı, bütün yaşayış məntəqələrində, eləcə də sərhəd kəndlərində tikinti və yenidənqurma işləri aparılır. Elə bir kənd yoxdur ki, orada yenilik, quruculuq işləri olmasın.

Sərhəd kəndlərini daim diqqət mərkəzində saxlayan rayon rəhbərliyi Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması və yenidən qurulması barədə göstəriş verib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən artıq bir neçə gündür ki, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Bu gün rayon rəhbərliyi bağçada aparılan təmir-bərpa işləri ilə tanıış olmaq üçün Cəfərli kəndində olub. Görülən işlərlə maraqlanıb, öz tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, indiyə kimi cəmi 2 darısqal otaqda yerləşən bağça üçün rayon rəhbərliyinin göstərişinə əsasən yeni otaqlar ayrılıb. Ayrılmış otaqlarda hal-hazırda təmir işləri aparılır. Əsaslı şəkildə və sürətlə həyata keçirilən işlərin nəticəsidir ki, qısa müddətdə bağçada təmir-bərpa işlərinin demək olar ki. əsas hissəsi görülüb. Otaqlarda suvaq və üzçəkmə işləri başa çatdırılıb. Hal-hazırda rənglənmə işləri aparılır. Köhnə elektrik xətləri yenisi ilə əvəz olunub. Otaqlara yeni döşəmə vurulub. Eyni zamanda qapı və pəncərələr dəyişdirilib, müasir tipli qapı və pəncərələr qoyulub. Bununla yanaşı bağçanın həyətində də təmir-bərpa işləri aparılır, səliqə-sahman yaradılır.

İşlərin sürətlə və keyfiyyətlə aparılması belə deməyə əsas verir ki, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması və yenidən qurulması işləri yaxın vaxtlarda başa çatdırılacaqdır.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu yaxınlarda istifadəyə verilmiş Xanlıqlar kənd körpələr evi-uşaq bağçasına gəlib. Yeni bağçada uşaqların necə təlim-tərbiyə olunmaları ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, bağçada uşaqlara qayğı göstərmək üçün hər cür şərait yaradılıb. Körpələr isti otaqlarda müxtəlif oyuncaqlarla, əyani vasitələrlə təmin olunublar. Ərzaq təminatı da olduqca yüksək səviyyədədir. Bağçaya gələn uşaqların valideynləri, eləcə də kənd sakinləri bütün bunlara görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirirlər.

Rayon rəhbərliyi bu yaxınlarda əsaslı şəkildə təmir olunmuş Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin binasında olaraq otaqlarda yaradılan şəraitlə tanış olub.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavoduna gəlib. Burada aparılan tikinti işləri ilə maraqlanıb.

Elçin İSMAYIL

Geri qayıt