Əsas Səhifə > Manşet / Rəsmi > Sakinlər minnətdarlıq edirlər

Sakinlər minnətdarlıq edirlər


21-11-2017, 19:12
Sakinlər minnətdarlıq edirlər
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq sakinlərlə görüşlər keçirir, onları narahat edən məsələləri öyrənir və həll olunması üçün yerindəcə tapşırıqlar verir. Belə görüşlər artıq bir ənənə şəklini alıb.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin “Təzə məhlə” adlanan ərazisində yaşayan sakinlərlə görüşüb. Sakinlər İcra Başçısını böyük səmimiyyətlə qarşılayıblar. Görüşdə rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən danışılıb, sakinləri narahat edən məsələlərdən söz açılıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə rayonda görülən işlərdən danışaraq qeyd edib ki, son 1 il yarım müddət ərzində istər şəhərdə, istərsə də kəndlərdə nəzərdə tutulduğundan da xeyli sayda çox işlər görülüb. Elə bir sahə yoxdur ki, orada bir yenilik, irəliləyiş olmasın. Mübaliğəsiz halda deyə bilərik ki, bu gün Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilib. Lakin görüləsi işlərimiz də az deyil. Bunun üçün görülən işlərin sürətini daha da artıraraq qarşıya qoyulan məqsədə nail olmalıyıq. Məqsədimiz isə əhalinin rahat və gözəl şəraitdə yaşamasıdır.
Sakinlər minnətdarlıq edirlər
Sakinlərdən Sadəddin Əliyev, Ema İbrahimova, Anar Quliyev, Telli Süleymanova, İbrahim Məmmədov, Türkan Quliyeva, Validə Nəsibova, Vüsal Mustafayev, Cəmilə Quliyevə və başqaları çıxış edərək sakinlərlə görüşə gəldiyinə, yaşadıqları ərazidə görülən işlərə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri diqqətlə dinlədikdən sonra aidiyyatı qurumların rəhbərlərinə göstəriş verərək qaldırılan məsələlərin qısa bir vaxtda həll edilməsini tapşırıb.

Elçin İSMAYIL

Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər



Geri qayıt