Əsas Səhifə > Manşet / Sosial > Qazaxda bütün sahələr diqqət mərkəzindədir

Qazaxda bütün sahələr diqqət mərkəzindədir

21-11-2017, 16:51
Qazaxda bütün sahələr diqqət mərkəzindədir
Qazax rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb. İstər şəhərdə, istərsə də kəndlərdə sosial təminatlı yeni-yeni binalar tikilir, təmirə ehtiyacı olanlar isə əsaslı şəkildə yenidən qurulur. Son 1 il yarım müddət ərzində onlarla bina tikilmiş və yaxud da əsaslı şəkildə təmir edilmiş, son nəticədə şəhərimizin mənzərəsi gözəlləşmişdir.

Təmir aparılan binaların sayının kifayət qədər olmasına baxmayaraq bu proses bu gün də davam edir.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gənclər Mərkəzində olub. Binanın mövcud durumu ilə maraqlanıb. Binada bir sıra çatışmazlıqların olması barədə İcra Başçısına məlumat verilib. Bildirilib ki, binanın tavanında, döşəməsində, divarlarında bəzi nöqsanlar vardır. Eyni zamanda, binanın akt zalında olan texniki qurğular da günün tələblərinə cavab vermir.
Qazaxda bütün sahələr diqqət mərkəzindədir
İcra Başçısı mövcud çatışmazlıqlarla tanış olduqdan sonra binanın təmir olunması barədə göstəriş verib.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ədəbiyyat Muzeyində olub.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzeyin əsaslı şəkildə təmir olunmasına görə bütün qazaxlı ziyalılar adından İcra Başçısına öz dərin minnətdarlığını bildirib.

Rəcəb Babaşov muzeyin istilik sistemi və texniki avadanlıqlarla təmin olunması barədə tapşırıq verib.

GOYEZEN.AZ

Geri qayıt