Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür

Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür


8-11-2017, 12:42
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günüdür. Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Hər il 9 Noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi böyük təntənə ilə qeyd olunur. Respublikanın hər yerində olduğu kimi Qazax rayonunda da bu əlamətdar gün münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, ilk dəfə Azərbaycan bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilib. 1998-ci ildə ulu öndər tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi.

Ümummilli lider bayrağımız haqqında deyirdi: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”.
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Ulu öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bunun ən bariz nümunəsidir. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi. Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: “Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, respublikamızın bir çox rayonlarında, o cümlədən Qazaxda da Dövlət Bayrağı Meydanı salınmışdır. Hündürlüyü 51 metr olan dövlət bayrağının dalğalandığı həmin meydanda 2016-cı ilin oktyabrında yenidənqurma, restavrasiya işləri aparılaraq daha müasir görkəmə salınmışdır. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır. Bu gün Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır və bu, hər bir azərbaycanlıya fəxr və şərəf gətirir.
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılmasının Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmasını vurğulayıb.

Sonra RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, baş məsləhətçi Səba Paşayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev və başqaları çıxış edərək qeyd ediblər ki, bugünkü Azərbaycan gəncliyi müstəqilliyimizlə yaşıddır. Məhz buna görədir ki, Azərbaycan gəncliyi fəaliyyətinin bütün sahələrində uca bayrağımıza, onun daşıdığı ideallara sarsılmaz sədaqətlə xidmət göstərmək əzmini nümayiş etdirir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik edib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənməsi naminə uzun illər səmərəli fəaliyyət arzulayıb.

Elçin İSMAYIL

Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Dövlət bayrağı tarixi keçmişimizin, milli varlığımızın təcəssümüdür
Geri qayıt