Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur

Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur


12-09-2016, 13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyilir ki, “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar”.
Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur
Bəli, bu əziz bayram günündə rayonumuzun sakinləri də bir-birini təbrik edir, ən xoş arzularını bildirirlər. Üzlərində fərəh, sevinc hissləri olan insanlar ilin ən mübarək günlərindən birini yaşayır, xeyirxahlıq, insanpərvərlik və bərabərlik nümayiş etdirirlər. Qurban bayramını qazaxlılar yüksək əhval-ruhiyyədə qeyd edir, Tanrıya, Vətənə və Dövlətə olan sədaqətlərini nümayiş etdirirlər.
Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur
Özünün quruculuq və inkişaf dövrünü yaşayan Qazax rayonunda bu gün qurbanlar kəsilmiş, vətənimizin bütövlüyü, xalqımızın əmin-amanlığı üçün arzular səslənmiş, niyyətlər bildirilmişdir. Arzu olunmuşdur ki, müharibəyə son qoyulsun, əzəli torpaqlarımız geri qaytarılsın, xalqımız sülh, əmin-amanlıq içərisində yaşasın. Ölkəmizdə, eləcə də bütün dünyada sülh bərqərar olsun.
Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov şəhid ailələrini, müharibə veteranlarını və əlillərini, tənha və kimsəsiz insanları, aztəminatlı ailələri həmişə diqqət mərkəzində saxlayır, onlara daima qayğı göstərir. Təyin olunduğu ilk gündən rayon rəhbərliyinin göstərişinə əsasən şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin evlərində təmir-bərpa və tikinti işləri aparılmış, onların qarşılaşdıqları problemlər dərhal həll olunmuşdur.
Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur
Qurban bayramı günündə rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə və aztəminatlı ailələrə bir daha diqqət və qayğı ilə yanaşılmışdır. Belə ki, rayonumuzda yaşayan bu qəbildən olan bütün insanlara bayram sovqatları verilmişdir. İstər rayon mərkəzində, istərsə də kəndlərdə olan şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin və aztəminatlı ailələrin yaşadıqları evlərə gedilmiş, rayon rəhbərliyi adından bayramları təbrik olunmuş və hər birinə ayrı-ayrılıqda bayram hədiyyələri təqdim edilmişdir.
Qazaxda Qurban bayramı yüksək səviyyədə qeyd olunmuşdur
Bayramları təbrik edilən şəhid ailələri, müharibə veteranları, əlillər, tənha və kimsəsiz insanlar, aztəminatlı ailələr bu əziz və müqəddəs bayramda onları yaddan çıxarmadığına və təbrik etdiyinə görə rayon rəhbərliyinə öz dərin və səmimi minnətdarlıqlarını bildirmişlər.

Elçin İSMAYIL





Geri qayıt