Əsas Səhifə > Manşet / Rəsmi > Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib

Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib

31-10-2017, 15:51
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Respublika Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu münasibətlə Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramlarını qeyd edib.

Birinci Şıxlı kəndli-fermer təsərrüfatının ilk həmkarlar təşkilatının sədri Könül Manafova giriş sözü ilə çıxış edərək peşə bayramları münasibətilə kollektivin bütün üzvlərini təbrik edib.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Fermer təsərrüfatının direktoru Tərlan Hüseynov əldə etdikləri nailiyyətlərdən danışaraq qeyd edib ki, ötən il 19 oktyabr tarixində Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “I Şıxlı KFT” MMC tərəfindən 777 hektar sahədə əkin aparılmışdır. 412 hektar sahədə əkilmiş taxıldan 1415 ton məhsul əldə edilmişdir ki, bu da hər hektardan 35 sentner deməkdir. 211,5 hektar sahədə əkilmiş kartof sahəsinin orta hesabla hər hektarından 30 ton məhsul götürülmüşdür. 20 hektar qarğıdalı sahəsindən 23 ton məhsul əldə edilmişdir. 30 hektar tütün sahəsində isə yığım davam edir. 106 hektar sahədə əkilmiş çuğundurun yaxın günlərdə çıxarılmasına başlanılacaqdır. T.Hüseynov bildirib ki, təsərrüfatda 48 nəfər daimi işlə təmin olunmuşdur. Gündəlik sahələrdə isə 300 nəfərdən çox işçi çalışır.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək kənd təsərrüfatı sahəsində ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, əldə edilən uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Ölkə Başçısı kənd təsərrüfatının ərzaq təhlükəsizliyində və qeyri-neft sektorunun inkişafında mühüm rolunu nəzərə alaraq aqrar sektorun inkişafında yeni mərhələnin başlanğıcını qoyub. M.Alıyev Qazax rayonunda məhsul bolluğu yaradılmasında və əhalinin işlə təmin olunmasında Birinci Şıxlı kəndli-fermer təsərrüfatının mühüm rol oynadığını qeyd edib.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən təsərrüfat direktorunun I müavini Səfurə Vəliyeva aqrar sektorda çalışanlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri Fərhad Qocamanov çıxış edərək Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə təsərrüfatın kollektivini təbrik edib və ən xoş arzularını bildirib.
Birinci Şıxlı kəndli-fermer təsərrüfatının kollektivi öz peşə bayramını yüksək göstəricilərlə qeyd edib
Sonda təsərrüfatın 3 nəfər fəal işçisi təşkilatın Fəxri Fərmanı ilə təltif olunub. S.Vəliyevaya isə istirahət üçün göndəriş təqdim edilib.

Elçin İSMAYIL

Geri qayıt