Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir

Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir

31-10-2017, 12:40
Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir
Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. Rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası buna əyani sübutdur.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir sıra tibb müəssisələrinə baş çəkib, mövcud vəziyyətlə maraqlanıb.

İlk olaraq İcra Başçısı rayonlararası Ruhi Xəstəxanada olub. Burada aparılan təmir işləri ilə yaxından tanış olaraq tapşırıq və tövsiyələrini verib. Qeyd edib ki, müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməlidir.
Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir
Sonra rayon rəhbərliyi Qazax şəhər Doğum Evinə baş çəkib. Bu tibb müəssisəsindəki şəraitlə maraqlanan İcra Başçısına doğum evinin baş həkimi Aynur Namazova xəstəxananın mövcud vəziyyəti barədə məlumat verib. Rayon rəhbərliyi burada çalışan tibb personalı ilə görüşərək onlara tutduqları vəzifələrdə daha məsuliyyətli olmağı tapşırıb. Qeyd edib ki, ana olacaq qadınlar ilk gündən qeydiyyata alınmalı və onlara yüksək səviyyədə tibbi qulluq göstərilməlidir. Bununla əlaqədar olaraq yeni sistem qurulmalı və işlər bunun əsasında aparılmalıdır. Daha sonra İcra Başçısı həmin ərazidə olan digər tibb otaqlarına da baxıb.
Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir
Sonda burada çalışan həkim və tibb bacıları ilə görüş keçirərək səhiyyənin günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi üçün tapşırıqlar verib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab verən yeni xəstəxana binası tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bununla da dövlətimiz tərəfindən Qazax rayonunda səhiyyənin yüksək səviyyədə fəaliyyət göstərməsi üçün tam şərait yaradılacaqdır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək rayon rəhbərliyini əmin edib ki, qarşılarına qoyulan vəzifə bütün tibb müəssisələrində layiqincə həyata keçiriləcəkdir.

Elçin İSMAYIL

Geri qayıt