Əsas Səhifə > Manşet / Sosial > Bərpa və quruculuq işləri yüksək səviyyədədir

Bərpa və quruculuq işləri yüksək səviyyədədir

24-10-2017, 18:58
Bərpa və quruculuq işləri yüksək səviyyədədir
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti aparılan yerlərə baş çəkmək üçün rayonun İkinci Şıxlı, Daş Salahlı Xanlıqlar kəndlərində, eləcə də şəhərdə həyata keçirilən bərpa-quruculuq işlərinin gedişi ilə tanış olub.

İlk öncə İcra Başçısı İkinci Şıxlı kəndindəki “Sınıq Körpü” Buraxılış Məntəqəsində görülən işlərə baxıb. Burada yaradılan yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək bildirib ki, bu gün sərhəd məntəqəsi respublikamıza gələn hər bir qonaqda ölkəmiz haqqında ilk fikir yaradır. Ona görə də burada yaradılan şərait ən yüksək səviyyədə olmalıdır.

Sonra Rəcəb Babaşov Daş Salahlı kəndinə gələrək “Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən Əhəng zavodunun inşası ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, zavodda son tamamlanma işləri aparılır, əraziyə asfalt vurulur, yaşıllıqlar salınır. Zavod yaxın günlərdə açılışa tam hazır olacaqdır.

Daha sonra rayon rəhbərliyi kəndin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksinə baş çəkib. İcra Başçısı burada görülən işlərdən razılığını bildirərək bir sıra tapşırıq və tövsiyələrini verib.

Rayon rəhbərliyi Xanlıqlar kəndində əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında həyata keçirilən işlərlə də maraqlanıb. Bağçada görülən təmir-bərpa işləri demək olar ki, başa çatmaq üzrədir. İnşaatçılar son tamamlanma işlərini görürlər. Aparılan işlərlə tanış olan İcra Başçısı burada körpələr üçün ən yüksək şəraitin yaradılmasını tapşırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Şəhidlər Xiyabanında olaraq görülən son tamamlanma işlərinə baxıb. Həyata keçirilən işləri yüksək qiymətləndirən İcra Başçısı xiyabanın şəhidlərin adına layiq olduğunu qeyd edib.

Elçin İSMAYIL

Geri qayıt