Əsas Səhifə > Manşet / İdman > Qazaxda dünya çempionları ilə görüş keçirilib

Qazaxda dünya çempionları ilə görüş keçirilib


9-10-2017, 15:34
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazax rayon İcra Hakimiyyətində Qol güləşi üzrə keçirilən 39-cu Dünya çempionatının qalibləri ilə görüş keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünya çempionlarını təbrik edərək onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, bu gün respublikamızda idmanın bütün növlərinin inkişaf etməsi üçün gözəl şərait yaradılıb. Ölkə Başçısı idmançılara hər cür dəstək verir, onlara diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, dünyanın ən böyük idman arenalarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır, himnimiz səslənir. Bildirib ki, respublikamızda olduğu kimi, Qazaxda da idmanın inkişafına hər cür kömək göstərilir. Son zamanlar bu sahədə aparılan təmir-tikinti işləri, idmançılara yaradılan şərait bunun bariz nümunəsidir. Sizin bugünkü qələbənizi alqışlayır və daha böyük idman uğurları arzulayıram.

Qazax Qol Güləşi Məktəbinin rəhbəri, qol güləşi üzrə respublikanın əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Azər Əliyev çıxış edərək çempionat haqqında məlumat verib. Bildirib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında Azərbaycan yığma komandası 8 idmançı ilə təmsil olunub ki, onlardan da 3 nəfəri Qazax Qol Güləşi Məktəbinin idmançılarıdır. Ümumilikdə, Azərbaycan yığma komandası bu yarışda 6-sı qızıl, 2-si gümüş olmaqla 8 medal qazanıb ki, onlardan da 5-i qazaxlı idmançıların payına düşür.
Qazaxda dünya çempionları ilə görüş keçirilib
İdmançılarımızdan Ramazan Rüstəmov (65 kq) sağ və sol qolların hər birində I yer tutaraq qızıl medal qazanıb. Neymət Vəkilov (60 kq) sol qolda I yerə layiq görülərək qızıl medala sahib olub. İsgəndər Mustafayev (55 kq) isə sağ qolda I yeri, sol qolda isə II yeri tutaraq qızıl və gümüş medallarla təltif olunub.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dünya çempionlarını və komandanın rəhbərini bir daha səmimi qəlbdən təbrik edərək onları Fəxri Fərman və pul mükafatları ilə mükafatlandırıb.


Azər Əliyev isə öz növbəsində üzərində Qol Güləşi Federasiyasının emblemi olan və sözləri yazılmış idman köynəyini Rəcəb Babaşova təqdim edib.


GOYEZEN.AZ

Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Qazaxda dünya çempionları ilə görüş keçirilib
Geri qayıt