Əsas Səhifə > Manşet / Sosial > Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib

Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib

2-10-2017, 16:08
Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib
Qazax rayonunda ötən son 1 il yarım müddət ərzində bütün sahələrlə yanaşı, məktəbəqədər yaşlı körpələrin sağlam böyümələrinə, məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə də böyük diqqət yetirilir. Bu məqsədlə onların hərtərəfli və düzgün böyüməsi, tərbiyə olunması üçün yeni uşaq bağçaları tikilir, müasir inventar və avadanlıqlarla təmin olunur.

Bu gün Kosalar kəndində əsaslı şəkildə təmir olunan 30 yerlik 2 saylı və 25 yerlik 3 saylı körpələr evi-uşaq bağçalarının açılışı olub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində iştirak etmək üçün Kosalar kəndinə gəlib.
Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək körpə fidanları, onların valideynlərini və müəllimləri səmimi qəlbdən təbrik edib, göz aydınlığı verib.
Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib
Qeyd edib ki, Azərbaycanda uşaqlara diqqət və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Həmin siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirərək, bu istiqamətdə çox mühüm sənədlər imzalayıb, layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Bildirib ki, bu sahədə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hərtərəfli və məqsədyönlü işlər görülür.

Gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün bu gün dövlət tərəfindən bütün zəruri tədbirlər görülür. Bunun nəticəsidir ki, hər il respublikamızda müasir körpələr evi-uşaq bağçalarının tikintisini, həmçinin mövcudlarının əsaslı şəkildə yenidən qurulmasını əhatə edir. Bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.

Kosalar kəndində bu gün açılışına toplaşdığımız uşaq bağçaları da göstərilən həmin diqqət və qayğının nəticəsidir. Hazırda rayonumuzda digər sahələrlə yanaşı, yeni uşaq bağçalarının əsaslı təmiri və tikintisi daha da genişləndirilmişdir. Qazax şəhərində 100 yerlik 1 saylı uşaq bağçasının yeni binasının tikintisi, Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarının binalarında aparılan yenidənqurma və əsaslı təmir işləri artıq başa çatdırılmışdır. Xanlıqlar kəndində 55 yerlik uşaq bağçasında əsaslı təmir işləri sürətlə aparılır.

Fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni etmişəm. Çalışmışam ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Daş Salahlı və Xanlıqlar kəndlərində, eləcə də bu gün açılışını etdiyimiz yeni bağça binalarının əsaslı şəkildə yenidən qurulması buna əyani sübutdur. Bundan sonra çalışacağam ki, digər kəndlərdə olan körpələr evi-uşaq bağçalarını da əsaslı şəkildə yenidən qurulsun.
Kosalar kəndində yeni bağça binaları istifadəyə verilib
Kənd sakinlərindən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, AYB-nin üzvü, şair Cavanşir Rüstəm, Rəfiqə Məmmədova, valideynlərdən Könül Süleymanova və Dilşad Mustafayeva çıxış edərək böyüməkdə olan balaların yüksək şəraitdə təlim və tərbiyə almaları üçün göstərilən diqqət və qayğıdan böyük fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd ediblər ki, ilk dəfədir ki, kəndimizdə belə yüksək şəraiti olan bağça tikilib və istifadəyə verilib. Uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə müəllim və valideynlər, bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ən xoş arzularını çatdırıblar.

Uşaq bağçası binalarının rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağçalarla tanış olublar. Əvvəlcə, bağçaların dünənini və bu gününü özündə əks etdirən fotostendə baxıblar. Bağçalarla tanış olduqdan sonra Rəcəb Babaşov hər iki bağçada çalışan kollektivlə görüşüb, tapşırıq və tövsiyələrini verib.
Bağçada tərbiyə alan uşaqlar növbə ilə Vətən, Ana və Ordumuz haqqında şeirlər söyləyiblər. Onların oxuduqları şeirlər böyük maraqla qarşılanıb.

Sonra Rəcəb Babaşov bağçaların kollektivləri və körpə balalarla xatirə şəkli çəkdirib.

Hər iki bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Daha sonra İcra Başçısı Daş Salahlı və Xanlıqlar kəndlərinə gəlib. Daş Salahlı kəndində aparılan tikinti-abadlıq və Xanlıqlar kəndindəki uşaq bağçasında aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. Aparılan işlərin gedişi ilə maraqlanıb, bir sıra tapşırıqlar verib.

Elçin İSMAYIL

Geri qayıt