Əsas Səhifə > Manşet / Sosial > Aparılan təmir-bərpa işləri sakinlərin ürəyincədir

Aparılan təmir-bərpa işləri sakinlərin ürəyincədir

26-09-2017, 21:59
Aparılan təmir-bərpa işləri sakinlərin ürəyincədir
Qazax rayonunda tikinti-quruculuq getdikcə daha geniş vüsət alır. Aparılan abadlıq işlərinin sürəti ilə yanaşı onun keyfiyyətinə, təmirin yüksək səviyyədə yerinə yetirilməsinə nəzarət olunur. Bununla əlaqədar rayon rəhbərliyi mütəmadi olaraq təmir gedən kəndlərdə olur, görülən işlərlə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Ona görə də bu gün rayonda görülən təmir-bərpa işləri sakinlər tərəfindən razılıqla qarşılanır, ictimaiyyətin nümayəndələri minnətdarlıq edirlər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Daş Salahlı, II Şıxlı, Kosalar kəndlərinə və şəhər 6 saylı körpələr evi-uşaq bağçasına gələrək aparılan tikinti-quruculuq işləri ilə yanaşı, həmin kəndlərdəki bağçaların mövcud vəziyyəti ilə yerindəcə tanış olub.

Rayon rəhbərliyi ilkin olaraq “Mətanət A” şirkəti tərəfindən rayonumuzda illik istehsal gücü 50 min ton olan Əhəng zavodunun inşası ilə tanış olub. İşlər sürətlə aparıldığından yeni zavodun tikintisi demək olar ki, başa çatdırılmaq üzrədir. Məlumat verilib ki, zavod yaxın günlərdə açılışa tam hazır olacaqdır.

İcra Başçısı sonra kəndin mərkəzində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksinə gəlib. Burada da təmir işləri başa çatmaq üzrədir. Olduqca yararsız hala düşmüş bu abidə əsaslı şəkildə yenidən qurularaq yeni bir görkəm alıb. Abidənin üzəri mərmərlə örtülüb. Ətrafına tamet daşı döşənib. Yeni işıqlanma sistemi quraşdırılıb.

Görülən işlərlə tanış olan rayon rəhbərliyi abidənin ətrafındakı parkda abadlıq işlərinin sürətləndirilməsini və buranın yüksək səviyyəyə gətirilib kompleks halda camaatın istifadəsinə verilməsini tapşırıb.

Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən digər sahələrlə yanaşı bağçalara həmişə həsassıqla yanaşır, bu sahəyə daha çox diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, rayonumuzdakı uşaq bağçalarının əksəriyyəti əsaslı şəkildə təmir olunub. Hal-hazırda isə Kosalar və Xanlıqlar kəndlərindəki bağçalar təmir olunmaqdadır.

Bu gün rayon rəhbərliyi Kosalar kəndində əsaslı şəkildə təmir olunan 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binasında həyata keçirilən işlərlə tanış olub. Binanın dam örtüyü tamamilə yenilənib, daxili və xarici fasad hissələri suvanıb, lazım gələn yerlərdə hörgü işləri görülüb. Bundan başqa, pilləkan düzəldilib, otaqlar və foye başdan-başa suvanıb və döşəmə hissəsinə beton tökülərək laminat vurulub. Bütün qapılar yeni plastik qapılarla əvəz olunub. Kanalizasiya sistemi quraşdırılıb və 2 ayaqyolu da tikilib, 2 mətbəx də düzəldilib. Bundan əlavə bağçanın həyətinə çınqıl tökülərək hamarlanıb. Bağçaya gedib-gəlmək üçün beton yol düzəldilib, müasir istilik sistemi ilə də təmin olunub. Köhnə yararsız halda olan bağça binasının yerinə yeni, müasir tipli yeni bir bağça hazırlanıb.

Bəli, bağçalarda çox işlər görülüb, amma görüləsi işlər də çoxdur. Bunu II Şıxlı kəndindəki bağçaların timsalında aydın şəkildə görmək olar. Tikildiyi gündən 30-40 ildən çox vaxt keçməsinə baxmayaraq kənddəki 1, 2 və 3 saylı bağçalarda heç bir təmir-bərpa işləri görülməmiş, binalar olduqca yararsız hala düşmüşdür.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağça binalarının durumu ilə yaxından tanış olduqdan sonra ilkin olaraq 1 və 3 saylı bağçaların yaxın günlərdə təmir olunması haqqında göstəriş verib.

Eyni durum şəhərdəki 6 saylı körpələr evi-uşaq bağçasında da yaşanır. Rayon rəhbərliyi bağçanın binası ilə ətraflı tanış olaraq burada da təmir-bərpa işlərinin görülməsinin vacibliyini bildirib.

Sonra baxış keçirilən bağçalardakı vəziyyəti müzakirə etmək üçün icra hakimiyyətində yığıncaq keçirilib. Qeyd olunub ki, gələcəyimiz olan körpələrin daha yaxşı şəraitdə böyümələri üçün həmin bağçalarda tezliklə təmir-bərpa işlərinə başlanılmalıdır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla əlaqədar lazımi tapşırıqlarını verib.

Aparılan təmir-tikinti və abadlıq işləri rayon sakinlərini sevindirir və onlar bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.

Elçin İSMAYIL

Geri qayıt