Əsas Səhifə > Manşet / Sosial > Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub


15-09-2017, 22:08
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Qazax rayonunda tikinti-quruculuq işləri geniş vüsət alıb. Artıq 1 il yarımdır ki, həm şəhər mərkəzində, həm də kəndlərdə müxtəlif strukturlu sosial obyektlər inşa olunur, əsaslı şəkildə təmir edilir.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kəndində əsaslı şəkildə təmir olunan körpələr evi-uşaq bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq üçün körpələr evinə gəliblər.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Bağçada görülən işlər haqda məlumat verilərək bildirilib ki, Xanlıqlar kəndində işlərə sürətlə başlanılıb. İlkin olaraq binanın dam örtüyü başdan-başa sökülərək yenisi ilə əvəz olunub. Binanın işıq sistemi təzələnib və yeni işıq xətləri çəkilib. Metal məhəcərlər təmir edilərək yararlı hala salınıb. Binanın fasadında da işlər görülərək ön və yan hissələri suvanıb. Bununla yanaşı binanın giriş hissəsindəki tavana lambirin vurulub.

İcra Başçısı binanın döşəməsinin də tamamilə dəyişdirilməsini tapşırıb və digər lazım gələn təmir işlərinin aparılması barədə göstəriş verib. Bildirib ki, bağçada uşaqların yatmaları üçün yeni çarpayılar da veriləcəkdir.

Binada təmir demək olar ki, başa çatıb, yaxın günlərdə rənglənmə işlərinə başlanılacaqdır.

Sonra bağçanın kollektivi və kənd sakinləri ilə elə bağçanın qarşısında görüş keçirilib.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək bildirib ki, sizin qaldırdığınız məsələlərə bir deputat kimi mən çox diqqətlə yanaşıram. Çalışıram ki, seçicilər tərəfindən söylənən fikirlər öz müsbət həllini tapsın. Bu bağça binasının əsaslı şəkildə təmir olunmasına görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımı bildirirəm.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin tədris işləri üzrə direktor müavini Şayəstə Qurbanova, məktəbin müəllimi Şükufə Məhərrəmova, bağçanın müdiri Fəxrəndə Məmmədova, bağçanın işçisi Fərqanə Haqverdiyeva, valideynlərdən Sevinc Şahbazova çıxış edərək bağçanı əsaslı şəkildə təmir etdirdiyinə və binanın demək olar ki, yenidən qurulmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz təşəkkürlərini çatdırıblar.

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
Milli Məclisin deputatı Ülviyyə Ağayeva Xanlıqlar kənd bağçasında aparılan tikinti-quruculuq işləri ilə tanış olub
GOYEZEN.AZ

Geri qayıt