Əsas Səhifə > Manşet / Sosial > Qazaxda çoxmənzilli binaları tanımaq olmur

Qazaxda çoxmənzilli binaları tanımaq olmur


19-08-2017, 18:33
FOTO – REPORTAJ

Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Sözün əsl mənasında bu, belədir. Bir neçə ay bundan öncə olduqca yararsız hala düşmüş, dam örtüyündən daman, dəhliz və blokları miskin bir görkəm bağışlayan, balkonları və fasad hissəsi pis vəziyyətdə olan çoxmənzilli binaları bu gün sözün yaxşı mənasında tanımaq olmur. Fasad hissəslərinə suvaq vurulmuş və rənglənmiş, dəhliz və blokları əsaslı şəkildə təmir olunmuş, blokların giriş hissələrinə qapılar qoyulmuş çoxmənzilli binalar şəhərimizə xüsusi gözəllik verərək göz oxşayır. Bir neçə ay ərzində binaların görkəmlərinin belə gözəlləşməsi bu binalarda yaşayan sakinlərin, eləcə də bu gün həmin binalara baxmağa gələn ictimaiyyət nümayəndələrinin də ürəyincə olub.
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazax şəhərində artıq bir neçə aydır ki, çoxmənzilli binaların təmirinə başlanılıb. Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qazax şəhərindəki 24 çoxmənzilli binalarda təmir işləri həyata keçirilib. Əlavə olaraq daha 15 binada təmir-bərpa işləri həyata keçirilərək yüksək səviyyədə başa çatdırılıb. Bir sözlə, 39 çoxmənzilli bina yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib.
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Bundan başqa, dövlət proqramına uyğun olaraq təmiri nəzərdə tutulmuş 34 çoxmənzilli binada da təmir işləri tam başa çatdırılıb. Əlavə olaraq 7 binanın təmir olunması nəzərdə tutulub ki, onlardan da 5-də işlər davam etdirilir. 2 binada isə təmir işlərinə yaxın günlərdə başlanılacaqdır. Onu da qeyd edək ki, binaların dam örtüyündə, fasad hissəsində, dəhliz və bloklarda təmir işləri aparılıb. Eyni zamanda, binaların giriş hissəsinə yeni dəmir qapılar qoyulub. Təmir edilən binaların həyətlərinə işıq çəkilib. Əlavə olaraq çınqıl döşənərək hamarlanıb.
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün təmir işləri ilə məşğul olan aidiyyatı təşkilatların rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri ilə birlikdə təmir işləri ilə tanış olmaq üçün şəhərdəki çoxmənzilli binalarda olub. İş prosesi ilə yaxından maraqlanan icra başçısı bütün binalara baş çəkib. Rəcəb Babaşov təmir işləri ilə yaxından tanış olduqdan sonra inşaatçıların gördüyü işləri yüksək qiymətləndirib. Onlara öz tapşırıq və tövsiyələrini verərək təmir işlərinin tam başa çatdırılması üçün icra hakimiyyəti tərəfindən hər cür dəstək göstəriləcəyini bildirib.
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Təmir işləri ilə yaxından tanış olan rayon rəhbərliyi sakinlərlə səmimi görüşərək onların arzu və təkliflərini də dinləyib. Sakinlərdən Aygün Omarova, Şahsənəm Vəliyeva, Aydın Şəfiyev, Fəxriyyə Qasımova, Yelena İsayeva, Elmirə Abbasova, Fatma Tomayeva, Sabir Aslanov, Qoca Qəhrəmanov, İradə Qafarova və onlarla digər sakinlər rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, N.Nərimanov yaşayış massivindəki binalar 1961-ci ildə istifadəyə verilib. Çox əfsuslar olsun ki, bu binalarda 56 ildən çox bir vaxt keçməsinə baxmayaraq indiyə qədər heç bir təmir işləri aparılmayıb. Ona görə də binalar olduqca yararsız bir hala düşmüşdü. Şükürlər olsun ki, bizim yaşayış binalarına da əl gəzdirildi. Allah bu gözəl günü bizə qismət elədi.

Sakinlərdən Fatma Əhmədova, Səlminaz Qəribova, Bəsti İbrahimova, Sevinc İsmayılova, Vidadi Müftizadə, Göyçək Cəfərova, Savad Bayramova və başqaları da rayon rəhbərliyinə minnətdarlıq dolu eyni ifadələri bildiriblər.

Şəhidlər Xiyabanı 31 ünvanda yaşayan sakinlərdən Raziyyə Ömərova, Çiçək Savalani, Rüxsarə Əhmədova, Südabə Murğuzova və başqaları Rəcəb Babaşova minnətdarlıq edərək bildiriblər ki, bu bina Qazaxın ilk 2 mərtəbəli binasıdı. 1960-cı ildən tikilməsinə baxmayaraq burada indiyə qədər təmir işləri aparılmayıb. Çox sağ olun ki, bizim yaşadığımız binaya yeni bir həyat verdiniz.
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Qazaxda çoxmənzilli binaları tanımaq olmur
Təmir işləri aparılmış Azadlıq küçəsi 39, 9, 98 nömrəli binaların sakinləri də təmir-bərpa işlərindən razılıqlarını bildiriblər. Sakinlərdən Şayəstə Rzayeva deyib ki, o gün bizə qonaq gəlmişdi. Qonaq həyətə daxil olanda öz təəccübünü gizlədə bilmədi və evimizi tanımadı.

Rayon rəhbərliyinə belə minnətdarlıq ifadələrini onlarla rayon sakinləri çatdıraraq “Bu gün Qazaxda işləmək də, yaşamaq da gözəldir” deyiblər. Bəli, doğrudan da Qazax günü-gündən gözəlləşərək respublikamızın ən inkişaf etmış, ən abad və ən gözəl şəhərlərindən birinə çevrilib.
Qazaxda çoxmənzilli binalarda təmir-bərpa işləri sürətlə davam edir.

Elçin İSMAYIL

Geri qayıt