Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət qulluqçularının peşə bayramı

Dövlət qulluqçularının peşə bayramı


23-06-2017, 17:16
Dövlət qulluqçularının peşə bayramı
Qazax rayon İcra Hakimiyyətində 23 iyun - Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətində və yerli İcra Hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək abidəsi önünə tər çiçək dəstələri qoyublar.
Dövlət qulluqçularının peşə bayramı
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq peşə bayramı münasibətilə dövlət quluqçularını təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb. Qeyd edib ki, müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Fərman imzaladı. Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanun qəbul edildi. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.

Prezident İlham Əliyev ulu öndərin bütün sahələrdə, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. Respublikada dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə İlham Əliyevin imzaladığı 2005-ci il 19 yanvar tarixli Fərman əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiya yaradıldı. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edildi.

Beləliklə, Prezident İlham Əliyev dövlətçilik konsepsiyasını ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırmış və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Məhz bunun nəticəsidir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətə keçən Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu məqsədlərə çatmışdır.
Dövlət qulluqçularının peşə bayramı
İyun ayının 21-də Prezident İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamla dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyət göstərən bir qrup şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif olunmuşdur. Təltif olunanlar arasında Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Abışov Gündüz Fəxrəddin oğlunun da adı vardır. Əlbəttə, bu bizi çox sevindirir. Bunun özü də Prezident İlham Əliyevın Qazaxa və qazaxlılara göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Onu təbrik edir, çətin, məsuliyyətli, lakin şərəfli işində ona möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Dövlət qulluqçularından – rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, RİHB Aparatında hüquq şöbəsinin məsəhətçisi Vəfa Cəbiyeva çıxış edərək ölkəmizdə dövlət qulluqçularına göstərilən diqqət və qayğıdan söz açıblar.
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Respublika Prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş dövlət qulluqçusu Gündüz Abışov çıxış edərək ona göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına öz dərin minnətdarlığını bildirib. O, bu medalı iş fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.
Dövlət qulluqçularının peşə bayramı
Sonra dövlət qulluqçularından - RİHB Aparatında ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev, RİHB-nın Dəmirçilər və Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri Gülnaz Mahmudova və Ramiz Əsədov Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən Fəxri Fərmanla təltif olunublar.
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Dövlət qulluqçularının peşə bayramı
Eyni zamanda icra strukturlarında çalışan bir qrup əməkdaşa İcra Başçısının müvafiq sərəncamına əsasən təşəkkür elan olunub.

Dövlət qulluqçularının peşə bayramı
GOYEZEN.AZ

Geri qayıt