Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda “Son zəng” yüksək səviyyədə keçib

Qazaxda “Son zəng” yüksək səviyyədə keçib

17-06-2017, 14:03
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
Bir neçə gün öncə Qazaxın bütün məktəblərində “Son zəng” çalındı. Rayonun 34 ümumtəhsil məktəbində bununla əlaqədar tədbirlər keçirildi. Bununla da 2016-2017-ci tədris ilində 783 nəfər məzun orta məktəbləri bitirib müstəqil həyata qədəm qoydular.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bir neçə məktəbdə “Son zəng” tədbirlərində iştirak edərək məzun və müəllimləri təbrik edib, onlara ən xoş arzularını bildirib.
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
Bu gün “Son zəng” tədbirlərində fəal iştirak edən məktəblərin direktorlarının və tədbirin təşkilatçılarının iştirakı ilə Qazax rayon İcra Hakimiyyətində tədbir keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bütün sahələr kimi təhsil sahəsi də özünün inkişaf dövrünü yaşayır. Hər il yeni-yeni məktəb binaları inşa edilir, məktəblərin maddi-texniki bazası ildən-ilə yaxşılaşır. Bu deyilənləri rayonumuzun timsalında da aydın şəkildə görmək olar. Görülən məqsədyönlü tədbirlərin və həyata keçirilən işlərin nəticəsidir ki, Qazaxda orta məktəbi bitirən məzunlar yüksək göstəricilər əldə edirlər. İnanıram ki, bu il qəbul imtahanlarında nəticələrimiz ötən ildəkindən yüksək olacaqdır.
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
R.Babaşov qeyd edib ki, “Son zəng” tədbirləri bütün məktəblərdə yaxşı təşkil olunub. Ancaq Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta, şəhid Namiq Vəliyev adına şəhər 5 şaylı tam orta, Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəblərində bu tədbirlər daha yüksək şəkildə təşkil edilib.
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
Qazaxda “Son zəng” yüksək səviyyədə keçib
Tədbiri yüksək səviyyədə təşkil etdiklərinə görə şəhər 5 şaylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva və məktəbin təşkilatçı müavini Yetər Lələyeva, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova və məktəbin müəllimi Elnarə Mahmudova, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü və məktəbin uşaq birliyinin rəhbəri Gülnar Quliyeva Qazax rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olunub və gül dəstələri təqdim edilib.

Tədbirdə S.Rəhimova, N.Tağıyeva, G.Quliyeva və başqaları çıxış edərək təhsilə və müəllimlərə diqqət və qayğı göstərdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Geri qayıt