Əsas Səhifə > Manşet / Təhsil > Məktəblərdə “Son zəng” çalınıb -

Məktəblərdə “Son zəng” çalınıb -


14-06-2017, 14:40
Məktəblərdə “Son zəng” çalınıb -
Rayonun 34 ümumtəhsil məktəbində “Son zəng” tədbirləri keçirilib. 2016-2017-ci tədris ilində 783 nəfər məzun orta məktəbləri bitirib. Son zəng tədbiri Azərbaycan Respublikası Təhsil Nazirinin 8 iyun 2017-ci il tarixli, 128 №-li əmrinə müvafiq olaraq məktəblərdə yüksək səviyyədə təşkil edilib.

Tədbirlərdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və rayon təhsil şöbəsinin rəhbərliyi iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbdə təşkil olunmuş tədbirdə iştirak edib.

Tədbir "Azərbaycan bayrağı" ordeni ilə təltif olumuş Q.Hacımahmudovanın anım gününə (vəfatının 25-ci ildönümünə) təsadüf edib. Tədbir iştirakçıları əvvəlcə Q.Hacımahmudovanın məktəbin qarşısında yerləşən büstü önündə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Məktəblərdə “Son zəng” çalınıb -
Azərbaycanın Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək tədbir iştirakçılarına təhsil ocağı barədə ətraflı məlumat verib.
Məktəblərdə “Son zəng” çalınıb -
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, valideyn və müəllimlərə səmimi arzularını bildirib. Respublika təhsilinə, o cümlədən Qazax rayonunun təhsilinə Respublika Prezidenti İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, təhsilimizin uğurlarından və qarşıda duran vəzifələrdən söz açıb.
Məktəblərdə “Son zəng” çalınıb -
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək məzunları təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Məktəblərdə “Son zəng” çalınıb -
Sonra tədrisdə fərqlənən müəllimlərə rayon İcra Aparatı adından gül dəstələri təqdim olunub.

Məktəbin məzunu olan gənc aşıq Samir Cəlaloğlunun çıxışı alqışlarla qarşılanıb. Məktəbin idman və təhsil sahəsində fərqlənən şagirdlərə Fəxri Fərmanlar verilib.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Sonra şagirdlərin ifasında Vətənə, Anaya, məktəbə, son zəngə həsr olunmuş şeirlər və mahnılar səslənib.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Şəhid Namiq Vəliyev adına şəhər 5 şaylı tam orta məktəbdə şagirdlər rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovu alqış sədaları altında qarşılayıblar. Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.

Məktəbin direktoru Nəsibə Tağıyeva çıxış edərək 2016-2017-ci tədris ilində məktəblərin qazandığı uğurlardan danışıb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova gərgin iş rejimindən vaxt ayırıb məzunları təbrikə gəldiyi üçün məktəb kollektivi adından öz dərin minnətdarlığını bildirib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.
Məktəblərdə “Son zəng” çalınıb -
Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və başqaları çıxış edərək məzunları təbrik edib, müstəqil həyatda onlara uğurlar arzulayıblar.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Sonra əllərində üçrəngli Azərbaycan bayrağı tutmuş şagirdlər şeirlər söyləyib, mahnılar oxuyublar.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin məzunları da əlvida məktəb deyərək yeni bir həyata qədəm qoyublar. “Son zəng” münasibətilə təşkil olunmuş tədbir məzunların məktəbin həyətinə daxil olması ilə başlayıb. Sonra Dövlət Himni səslənib, şagirdlər əllərində üçrəngli Azərbaycan bayrağını dalğalandırıblar.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəbin direktoru Səfurə Rəhimova çıxışı zamanı məzunları, valideynləri, bütün müəllim-şagird kollektivini “Son zəng” günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara yeni qədəm basdıqları həyatda daha böyük uğurlar arzulayıb.

Məzunları təbrik edən rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov müəllimlərə və valideynlərə gözaydınlığı verib. Qeyd edib ki, bu gün siz məzunların önündə yeni bir səhifə açılır. Müstəqil həyata qədəm qoyursunuz. Bu yolda sizə uğurlar arzu edirəm. Rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova, təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, müəllimlər, valideynlər çıxış edərək ən xoş arzu və istəklərini çatdırıblar.
Məktəblərdə “Son zəng” çalınıb -
Sonra məktəbin məzunları şeir söyləyib, səhnəcik göstəriblər. Birincilər isə məktəbə həsr olunmuş şeirlər deyiblər. Məktəbi bitirən onbirincilərin ifalarında səslənən “Vida” mahnıları həzin kövrəkliklə yanaşı, tədbirə bir sevinc qatıb.
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəbi ən yaxşı qiymətlərlə bitirən məzun bilik açarını ən yaxşı oxuyan birinci sinif şagirdinə təqdim edib.

Sonda rəmzi olaraq son zəng çalınıb. Tədbirlər musiqi sədaları altında davam edib.

Elçin İSMAYIL

Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Məktəblərdə “Son zəng” çalınıb -
Geri qayıt