Əsas Səhifə > Manşet / Rəsmi > “Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”

“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”

13-06-2017, 19:10

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun bu gün İkinci Şıxlı və Daş Salahlı kəndlərində sakinlərlə keçirdiyi görüşlərdə bu fikir səslənib

“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
Rayon İcra Hakinmiyyətinin Başçısı Rəcəb Babaşov əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirdiyi görüşləri davam etdirir. Rayon rəhbərliyi bu gün rayonun İkinci Şıxlı Daş Salahlı kəndlərində sakinlərlə görüşüb. Rayonun hüquq-mühafizə orqanlarının, hərbçilərin, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərinin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.
“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov İkinci Şıxlı kəndində keçirilən görüşdə çıxış edərək bildirib ki, taxıl biçinin başlanılmasına, kənd təsərrüfatı işlərinin qızğın dövrünün olmasına baxmayaraq bu gün sizinlə görüşməyimizin əsas məqsədi əhalinin təhlükəsizliyinin təmin edilməsi, bu sahədə qarşıda duran vəzifələrin müzakirə olunmasıdır. Qeyd edib ki, hal-hazırda kəndlərimizdə, eləcə də İkinci Şıxlıda kənd təsərrüfatının inkişaf etməsi üçün hər cür şərait vardır. Su, texnika, avadanlıq sarıdan heç bir problem yoxdur. Amma bununla yanaşı əhalinin təhlükəsizliyinin təmin edilməsi günün ən vacib məsələlərindən biridir. Düzdür, ordumuzun inkişafı göz qabağındadır. Silahlı Qüvvələrimiz bizi hər zaman qoruyur və qoruyacaqdır. Amma bununla yanaşı biz də bir vətəndaş olaraq öz təhlükəsizliyimizin qayğısına qalmalı, səhlənkarlığa yol verməməli və diqqətli olmalıyıq.

Kənd sakinlərindən Rahilə Osmanova, Qurban Mikayılov, Arif Qurbanov, Gülarə Qurbanova çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə və qarşıya çıxan problemlərin həllində hər zaman kənd sakinlərinə dəstək olduğuna görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz minnətdarlıqlarını bildiriblər.

Günün ikinci görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Daş Salahlı kəndində olub. Burada da sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı həyata keçirilən işlərdən söz açılıb.
“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, bu gün bizdən diqqətli və ayıq-sayıq olmaq tələb olunur. Dövlət olaraq ordumuz sərhədlərimizi yüksək səviyyədə qoruyur. Bununla yanaşı biz neqativ halların baş verməməsi üçün nəzarəti artırmalı, səhlənkarlığa yol verməməliyik.
“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
“Sizin işlərinizi ürəkdən bəyənir və dəstəkləyirik”
Daş Salahlı kəndində ötən bir il ərzində çox işlər görülüb. Kəndin yollarına çınqıl tökülərək hamarlanıb, artezian quyusu qazılıb, mərkəzi küçənin işıqlandırılması üçün işıq dirəkləri basdırılıb.

Sakinlərdən Nazı Paşayeva, Fərhad Qocamanov, Koroğlu Mancanov, Hicranə Məmmədova, Söylü Xəlilova və başqaları çıxış edərək rayon rəhbərliyinə görülən bütün işlərə görə minnətdarlıqlarını bildirib, kənddə həlli vacib olan bir sıra məsələlərdən də söz açıblar.

Elçin İSMAYIL

Geri qayıt