Əsas Səhifə > Manşet / Rəsmi > Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir

Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir

6-06-2017, 19:02

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu gün sərhəd kəndlərinin sakinləri ilə görüşlər keçirib

Fəaliyyətə başladığı gündən ilk növbədə sərhəd kəndlərinə daim diqqət və qayğı ilə yanaşan rayon İcra Hakinmiyyətinin Başçısı Rəcəb Babaşov bu gün yenidən rayonun Bala Cəfərli, Cəfərli, Xanlıqlar Ağköynək kəndlərində sakinlərlə görüşüb. Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, hərbçilərin, idarə, müəssisə, təşkilatların rəhbərləri iştirak edib. Rayon rəhbərini çox səmimi qarşılayan kənd sakinləri ona öz arzu və istəklərini bildiriblər. İşgüzar şəraitdə keçən görüşlərdə sərhəd kəndlərinin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, bu istiqamətdə görülməsi vacib olan məsələlərdən danışılıb.
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşlərdə çıxış edərək rayonumuzda, eləcə də kəndlərdə son 1 il ərzində aparılan tikinti-quruculuq işlərindən, eyni zamanda sərhəd kəndlərinin müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri sərhəd kəndlərinin müdafiəsinin daha da möhkəmləndirilməsi, əhalinin baş verə biləcək təhlükələrdən mühafizə olunmasıdır. Bunun üçün dövlət tərəfindən lazım gələn bütün qabaqlayıcı tədbirlər həyata keçirilir və bu proses gələcəkdə də davam etdiriləcəkdir. Bunun üçün biz əlimizdən gələni əsirgəməyəcəyik. Çünki sərhəd kəndlərinin, eləcə də rayon əhalisinin təhlükəsizliyinin təmin edilməsi günün ən vacib məsələlərindən biridir.
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də hərbiçilər çıxış edərək qeyd ediblər ki, təmas xəttində hər şey nəzarət altında olmalıdır. Bu gün qarşıya qoyulan əsas vəzifə dinc sakinlərin təhlükəsizliyinin tam təmin olunmasıdır. Məzəm kəndində evlərin qarşısına istinad divarlarının çəkilməsi, Quşçu Ayrım kəndində evlərin pəncərələrinin hörülməsi, Bala Cəfərlidə evlərin dam örtüklərinin yenilənməsi, Fərəhlidə və digər sərhəd kəndlərində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi bu deyilənlərin ən bariz nümunəsidir. Çıxışlarda bildirilib ki, qüdrətli Azərbaycan ordusu bu gün dünyanın ən güclü ordularından biridir.
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Sərhəd kəndlərinin təhlükəsizliyi diqqət mərkəzindədir
Bala Cəfərli kənd sakinlərindən Telman Kosayev, Ceyhun Rəhimov, Tarıyel Mürsəlov, Yasəmən Quliyeva və başqaları çıxış edərək qeyd ediblər ki, kəndimiz düşmənlə bir addımlıqda yerləşməsinə baxmayaraq biz bu gün tam təhlükəsiz yaşayır və təsərrüfat işləri ilə məşğul oluruq. Kəndimizdə işıq, qaz, su, nəqliyyat və başqa sahələrdə heç bir problemimiz yoxdur. Bizim üçün önəmli olan odur ki, biz daha əvvəlki illərdə olduğu kimi problemimizi demək üçün icra hakimiyyətinə getmirik. İcra başçısı tet-tez bizim yanımıza gəlir. Bu isə biz sakinlərə qol-qanad verir.

Cəfərli kənd sakinlərindən Mehman Nəbiyev, Məhəmməd Mustafayev, Cəbrayıl Əsgərov, Sabir Vəliyev çıxış edərək onları narahat edən məsələləri həmişə diqqət mərkəzində saxladığına, Cəfərli kəndi ilə mütəmadi olaraq maraqlandığına görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Eyni minnətdarlıq sözlərini Xanlıqlar kənd sakinlərindən Zərnişan Vəliyeva, Xatın Hüseynəliyeva, Faiq Quliyev də söyləyiblər. Bildiriblər ki, sərhəd kəndlərinin təhlükəsizliyinin təmin olunması üçün hər bir sakin diqqətli olmalı, ayıq-sayıqlığı itirməməlidir.

Ağköynək kənd sakinlərindən Solmaz Məmmədova, Svetlana Poladova, Səfurə Vəliyeva, Zərnişan Cəfərova və başqaları çıxışı zamanı vurğulayıblar ki, biz əminik ki, təhlükəsizliyimiz tam təmin olunur. Lakin buna arxayın olmamalıyıq. Biz sakinlər də bunun üçün əlimizdən gələni əsirgəməməliyik.

Görüşlərdə çıxış edənlər həmişə xalqın arasında olduğuna, kənd sakinləri ilə mütəmadi olaraq görüşlər keçirdiyinə və onların problemlərini həll etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını çatdırıblar.

Elçin İSMAYIL

Geri qayıt