Əsas Səhifə > Manşet / İdman > "Biz idmançılarımızla fəxr edirik"

"Biz idmançılarımızla fəxr edirik"


23-05-2017, 14:37
"Biz idmançılarımızla fəxr edirik"
“Bakı-2017 dördüncü İslam Həmrəyliyi Oyunları uğurla keçib. Azərbaycan bu oyunlarda növbəti qələbə qazandı”.

GOYEZEN.AZ APA-nın məlumatına görə bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Azərbaycan idmançılarının oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazandığını və komanda hesabında birinci olduqlarını nəzərə çatdıran dövlət başçısı bildirib ki, bu, böyük tarixi qələbədir: “Bu qələbənin çox möhkəm təməli var. Bu nailiyyətlər Azərbaycan dövlətinin inkişaf etdiyini göstərir. Biz idmançılarımızla fəxr edirik.

Dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanda aparılan düşünülmüş siyasətin, o cümlədən idman sahəsindəki siyasətin bəhrəsini verdiyini nümayiş etdirdi. Bu gün idman ölkəmizdə ictimai proseslərdə xüsusi yer tutur. İdmançılara xüsusi münasibət var. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir”.

Geri qayıt