Əsas Səhifə > Manşet / Rəsmi > Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Qazax rayonunun sərhəd kəndində yerli sakinlərlə və şəhid ailəsi ilə görüşmüşdür

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Qazax rayonunun sərhəd kəndində yerli sakinlərlə və şəhid ailəsi ilə görüşmüşdür


1-09-2016, 23:11
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Qazax rayonunun sərhəd kəndində yerli sakinlərlə və şəhid ailəsi ilə görüşmüşdür
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bu ilin aprel ayında gedən döyüşlərdə şəhid olmuş Mühüd Orucovun doğulub boya-başa çatdığı Fərəhli kəndində olmuş, şəhidin ailə üzvləri ilə görüşmüşdür. Görüşdə şəhid kapitanın keçdiyi şanlı döyüş yolundan söz açılmış, igidliyi barədə danışılmışdır.

Sonra X.Kazımlı rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən Məzəm kəndində olmuş, yerli sakinlərlə görüşmüşdür. Evlərin divarlarındakı güllə izlərinə, düşmən tərəfindən açılmış atəş nəticəsində çilik-çilik olmuş pəncərə şüşələrinə baxan millət vəkili kənd sakinlərinə həmişə onların yanında olduqlarını bildirmişdir. Evlərin qarşısına çəkilmiş istinad divarlarının əhəmiyyətini qeyd edərək rayon rəhbərliyinin həyata keçirdiyi bu işi yüksək qiymətləndirmişdir.

Milli Məclisin deputatı Xanhüseyn Kazımlı Qazax rayonunun sərhəd kəndində yerli sakinlərlə və şəhid ailəsi ilə görüşmüşdür
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov evlərin qarşısına çəkilən müdafiə hasarları barədə qonağa məlumat vermiş, indi kənd sakinlərinin təhlükəsiz yaşadıqlarını, hər cür diqqət və qayğı ilə təmin olunduqlarını bildirmişdir.
Kənd sakinləri evlərin qarşısına müdafiə divarları çəkildikdən sonra kənddə təhlükəsiz yaşadıqlarından, hər cür diqqət və qayğı ilə təmin olunduqlarından danışmışlar.

Qeyd etmişlər ki, elan olunmamış bu müharibə başlayan vaxtdan indiyə kimi ilk dəfədir ki, onlar öz doğma evlərində, həyətlərində qorxusuz yaşayır, düşmənin atəş nöqtələrinin çox yaxın məsafədə yerləşməsinə baxmayaraq asudə həyat sürürlər.

Geri qayıt