Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda sahibkarlara münbit şərait yaradılıb

Qazaxda sahibkarlara münbit şərait yaradılıb


29-04-2017, 13:23
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yevlax şəhərində keçirdiyi müşavirədən irəli gələn vəzifələrlə əlaqədar Qazaxda müşavirə keçirilib. Gənclər Mərkəzində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən sahibkarlar və iş adamları iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin Yevlax şəhərində keçirdiyi müşavirədə qarşıya qoyduğu məqsəd və vəzifələrdən danışıb. Qeyd edib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilir. Bununla bağlı dövlət tərəfindən bu sahəyə böyük diqqət və qayğı göstərilir. Kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artırılması günün ən vacib məsələlərindən biridir. Eyni zamanda sahibkarlığın inkişaf etdirilməsi üçün ölkəmizdə iş adamlarına hər cür dəstək verilir, sahibkarlara yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, yeni-yeni iştehsal müəssisələri, sənaye və kənd təsərrüfatı sahələri yaradılır, yeni iş yerləri açılır, işsizlik tədricən aradan qaldırılır.
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov qeyd edib ki, rayonumuzun inkişafı göz qabağındadır. Az müddət ərzində Qazaxda çox işlər görülüb. Amma görüləsi işlərimiz də çoxdur. Elə bir sahə yoxdur ki, orada bir irəliləyiş, bir tərəqqi olmasın. Sahibkarlıq və biznes sahəsində də həmçinin. Qazax rayonunda da möhtərəm cənab Prezidentin qarşıya qoyduğu tələblər əsasında sahibkarlar üçün hər cür şərait yaradılıb. İcra Başçısı kimi iş adamları mənim tərəfimdən hərtərəfli diqqət və qayğı ilə təmin olunublar. Vaxtilə rayonda sahibkarlığın inkişafına mane olan bütün neqativ hallar aradan qaldırılıb, bütün sahələrdə olduğu kimi bu sahədə də şəffaflıq yaradılıb. Korrupsiya, süründürməçilik və buna oxşar digər mənfi hallara birdəfəlik son qoyulub. Bizə müraciət edən bütün sahibkarlara, iş adamlarına bizim tərəfimizdən lazım gələn bütün köməkliklər göstərilib və bundən sonra da göstəriləcəkdir. Qazaxda bu gün sağlam biznes mühiti yaradılıb. İş görmək istəyən hər bir adamın üzünə qapılar açıqdır. Odur ki, yeni iş qurmaq, istehsal sahəsi yaratmaq istəyən hər bir rayon sakininə biz dəstək olmağa hazırıq. Bir sözlə, təklif sizdən, dəstək göstərmək isə bizdən.
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bildirib ki, bugünkü müşavirənin məqsədi rayonumuzda biznes mühitini sizinlə birlikdə müzakirə etmək və əgər problem varsa da onları aradan qaldırmaqdır. Ona görə də fəal olun, real vəziyyəti olduğu kimi deyin. Sizinlə birlikdə mövcud vəziyyəti müzakirə edək, çatışmayan cəhətlərimizi müəyyənləşdirək, onların aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirək.

RİHB Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov məruzə ilə çıxış edərək Qazax rayonunda həyata keçirilən tikinti-quruculuq işləri, kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Məruzədə Qazax rayonunun artan templə inkişafı rəqəmlərin dili ilə tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Müşavirədə I Şıxlı kəndli-fermer təsərrüfatının direktoru Tərlan Hüseynov, “Əsədoğlu” marketin direktoru İlqar Kərimov, “Mətanət A” şirkətinin koordinatoru Yolçu Əliyev, sahibkar-fermer Natiq Məmmədov, kolxoz bazarının müdiri Nazim Hadıyev, sahibkar Asim İnnayev və başqaları çıxış edərək sahibkarlar və iş adamları ilə belə yüksək və işgüzar şəraitdə keçən görüşü təşkil etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Zalda qoyulmuş mikrafonla çıxış edən iş adamlarından Məmməd Qasımov, Azər Əliyev, Əhməd İsrafilov və başqaları isə öz təkliflərini səsləndiriblər.

Müşavirənin sonunda Rəcəb Babaşov sahibkarlığın inkişaf etdirilməsi və yeni istehsal sahələrinin yaradılması ilə əlaqədar yeni təklif və tövsiyələrini bildirib.

Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Qazaxda sahibkarlara münbit şərait yaradılıb
Elçin İSMAYIL

Geri qayıt