Əsas Səhifə > Manşet / Rəsmi > “Əlimdən gələni edəcəyəm”

“Əlimdən gələni edəcəyəm”


17-04-2017, 20:00

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun məcburi köçkünlərlə görüşündə bu fikirlər səslənib


“Əlimdən gələni edəcəyəm”

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən əhali ilə mütəmadi olaraq görüşlər keçirir, mövcud olan problemləri yerindəcə həll edir. Bu, artıq bir ənənə şəklini alıb.

“Əlimdən gələni edəcəyəm”
Bu gün iş saatının başa çatmasına baxmayaraq İcra Başçısı rayon mərkəzində yaşayan məcburi köçkünlərlə görüş keçirib.

Şəhərin Çinardibi deyilən sahəsində yaşayan beşmərtəbəli binada məskunlaşmış sakinlər görüşdə öz problem və qayğılarından söz açıblar.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək binada məskunlaşmış sakinlərin yaşayış şəraitinin aşağı olmasından danışıb. Yaxın vaxtlarda bu vəziyyətin aradan qaldırılacağını bildirib.

Qeyd edib ki, “əlimdən gələni edəcəyəm ki, sizin yaşayış şəraitiniz yaxşılaşsın. Burada təmir işləri aparılacaq, lazımi abadlıq tədbirləri həyata keçiriləcəkdir. Elə edəcəyik ki, burada məskunlaşmış məcburi köçkünlər normal şəraitdə yaşaya bilsinlər. Bunun üçün lazım olan bütün işlər görüləcəkdir”.

“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
Quşçu Ayrım kəndindən olan Qəmət Qasımov, Barxudarlı kənd sakini Nəzifə Məmmədova, Xeyrımlı kənd sakini Savad Hüseynova, Sofulu kəndindən olan Reyhan Alıyeva, Yuxarı Əskipara kənd sakini Azadə Musayeva, Barxudarlıdan Dilbər Məhərrəmova, Sabit Əliyev və başqaları söz alaraq onlarla görüşə gəldiyinə, məcburi köçkünlərlə mütəmadi olaraq maraqlandığına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Eyni zamanda öz qayğı və çatışmazlıqlarından da söz açıblar.

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq mövcud problemlərin zaman-zaman aradan qaldırılacağını qeyd edib və məcburi köçkünlərə ən xoş arzularını bildirib.

“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
“Əlimdən gələni edəcəyəm”
Elçin İSMAYIL

Geri qayıt