Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid Süleyman Süleymanovun 40 mərasimi keçirilib

Qazaxda şəhid Süleyman Süleymanovun 40 mərasimi keçirilib


11-04-2017, 14:47
Qazaxda şəhid Süleyman Süleymanovun 40 mərasimi keçirilib
Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbiçimiz – Süleymanov Süleyman Elçin oğlunun vəfatından 40 gün keçir.

Bununla əlaqədar şəhidin doğulduğu Qazax rayonunun Daş Salahlı kəndində qırx mərasimi keçirilib.

Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov və Aparatın kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, hərbi hissə və daxili qoşunların komandirləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, Qazax RİHB-nın İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Qazaxda şəhid Süleyman Süleymanovun 40 mərasimi keçirilib
Mərasimdə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov şəhidin atası Elçin Süleymanova başsağlığı verərək bundan sonra da onlara hər cür diqqət və qayğı göstərəcəyini bildirib. Qeyd edib ki, bütün şəhid ailələrinə qayğı ilə yanaşmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Şəhidin atası da öz növbəsində onlara göstərdiyi diqqət və qayğıya görə ailəsi adından rayon rəhbərliyinə minnətdarlıq edib.

Qazaxda şəhid Süleyman Süleymanovun 40 mərasimi keçirilib
GOYEZEN.AZ

Geri qayıt