Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə tanış olub

İcra başçısı çoxmənzilli yaşayış binalarında görülən işlərlə tanış olub


8-05-2020, 17:25


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadında əsaslı təmir işləri aparılır. 2016-cı ildən bu yana həyata keçirilən işlərin nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxını günün tələblərinə cavab verən səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Sevindirici hal isə odur ki, əvvəlki illərdə olduğu kimi, bu il də binaların təmiri davam etdirilir. Hazırda şəhərin Bakı və Şəhidlər Xiyabanı küçələrində aparılan təmir işləri də bu söylədiklərimizin bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Bakı küçəsi 2A ünvanında yerləşən və dam örtüyü dəyişdirilən məcburi köçkün ailələrinin yaşadığı binada olub. Sakinlərlə səmimi söhbət edən rayon rəhbəri onların qayğıları ilə maraqlanıb.

Dam örtüyü dəyişdirilən binanın sakinləri vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını yüksək qiymətləndirərək ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.

Gün ərzində icra başçısı ötən il təmirinə başlanılan şəhərin mərkəzində yerləşən Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda da olub.

Rayon rəhbərinə məlumat verilib ki, Ş.Xiyabanı 25 saylı binada bütün bloklarda astar-üzlük vurulub, blokların giriş hissəsinə qoyulan dəmir qapılar rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Ş.Xiyabanı 27 saylı binanın xarici fasadında bir hissədə rənglənmə işləri aparılıb və tam hazırdır. Digər hissədə isə lazım olan yerlərdə görülən suvaq işləri, eləcə də bloklarda astar-üzlük vurulması işləri yekunlaşıb. Bu binada da bloklara qoyulan yeni dəmir qapılar rənglənib. Köhnə pəncərələrin əksəriyyəti dəyişdirilərək yeni plastik pəncərələr qoyulub. Bundan əlavə, binalarla yanaşı həyətdə olan qarajların da əksəriyyətinin dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb. Bildirilib ki, hazırda Ş.Xiyabanı 27 saylı binada fasad və blokda, 25 saylı binada isə blokda rənglənmə işlərinə başlanılıb.

Görülən işlərlə yerində tanış olan icra başçısı lazımi tapşırıq və tövsiyələrini verib. 

Ş.Xiyabanı küçəsi 25 saylı bina





Ş.Xiyabanı küçəsi 27 saylı bina





Bakı küçəsi 2A






GOYEZEN.AZ


Geri qayıt