Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərin Səməd Vurğun küçəsində aparılan abadlıq işləri ilə tanış olub

İcra başçısı şəhərin Səməd Vurğun küçəsində aparılan abadlıq işləri ilə tanış olub


29-04-2020, 20:54


Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qərbin qapısı sayılan Qazaxda da əsl inkişaf, tərəqqi yaşanmaqdadır. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda ölkə başçısının və rayon rəhbərliyinin qayğısı sayəsində bütün sahələr özünün intibah dövrünü yaşayır. Bunu rayonda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə qazanılan uğur və nailiyyətlərdən də görmək mümkündür. Son illər Qazaxda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarının təmir olunması, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması rayonda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərindən xəbər verir.

Hər kəsə yaxşı məlumdur ki, artıq 1 ildir ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi icra olunmaqdadır. Sevindirici hal isə odur ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən küçələrdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrin asfaltlanmasına da start verilib. Bu, qısa bir vaxtda şəhərin bütün küçələrinin müasir yollarla təmin olunması deməkdir. Artıq su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Molla Pənah Vaqif Səməd Vurğun küçələrində yeni asfalt örtüyün döşənməsi bu söylədiklərimizin bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənən Səməd Vurğun küçəsində görülən işlərlə tanış olub.

Rayon rəhbərliyinə məlumat verilib ki, su-kanalizasiya sisteminin çəkilişi tam başa çatan küçələrdən biri məhz S.Vurğun küçəsi döngə 6 ünvanıdır ki, burada abadlıq işləri aparılır. Artıq həmin küçədə səkilərdəki köhnə bardürlər sökülərək yenilənib. Hazırda isə asfalt örtüyün çəkilməsi işi aparılır.

Görülən işlərlə yerində tanış olan icra başçısı M.P.Vaqif küçəsində olduğu kimi, burada da işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib. Xüsusilə də çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.



GOYEZEN.AZ


Geri qayıt