Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı şəhərdə yeni asfalt örtüyü döşənəcək Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində görülən işlərlə tanış olub

İcra başçısı şəhərdə yeni asfalt örtüyü döşənəcək Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində görülən işlərlə tanış olub


28-04-2020, 19:49


Hər kəsə yaxşı məlumdur ki, son illər Qazax rayonu ölkə başçısı cənab İlham Əliyevin və rayon rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edir, özünün tərəqqi dövrünü yaşayır. Bu gün mübaliğəsiz deyə bilərik ki, Qazaxda elə bir sahə tapılmaz ki, həmin sahələrdə yeniliyin şahidi olmayaq. Elm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər bir daha sübut edir ki, Qazax hər bir sahədə uğur əldə edə bilər. Son illər Qazaxda daha geniş vüsət alan işlərdən biri isə rayonda aparılan abadlıq və quruculuq işləridir. Məhz bu gün bu işlər nəticəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması aparılan quruculuğun bariz nümunəsidir.

Artıq 1 ildir ki, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində Qazaxda daha böyük bir layihə - şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunmaqdadır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən küçələrdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi rayonun simasının dəyişməsində də mühüm rol oynayacaq. Belə ki, çəkilişlər başa çatan küçələrə yeni asfalt örtüyü döşənəcək ki, bu da şəhərin bütün küçələrinin müasir yollarla təmin olunması deməkdir. Necə ki, artıq su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Molla Pənah Vaqif Səməd Vurğun küçələrində yeni asfalt örtüyün döşənməsinə start verilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü döşənəcək həmin küçələrdə olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, artıq M.P.Vaqif küçəsində su-kanalizasiya sisteminin çəkilişi tam başa çatıb ki, burada asfalt örtüyün çəkilməsi işi aparılır.

S.Vurğun küçəsi döngə 6 ünvanında da aparılan abadlıq işləri yekunlaşıb. Belə ki, həmin ərazidə səkilərdəki köhnə bardürlər sökülərək yenilənib. Tez bir zamanda da yeni asfalt örtüyü vurulacaq.  

İcra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması, xüsusilə də yeni asfalt örtüyün vurulması ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.

Molla Pənah Vaqif küçəsi






Səməd Vurğun küçəsi




GOYEZEN.AZ

 


Geri qayıt