Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt vurulacaq Səməd Vurğun küçəsində olub

İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt vurulacaq Səməd Vurğun küçəsində olub


27-04-2020, 21:06


Artıq 1 ildir ki, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması həyata keçirilir. Podratçı təşkilat tərəfindən küçələrdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi uğurla icra olunur.

Hər kəsə yaxşı məlumdur ki, rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun əyani sübutudur.

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb BabaşovQazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanovla birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və yeni asfalt örtüyü vurulacaq Səməd Vurğun küçəsi döngə 6 ünvanında olub. Burada görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov S.Vurğun küçəsində, eləcə də döngə 6-da hazırda son tamamlanma işlərinin aparıldığını bildirib. Ümumiyyətlə, su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib.

Rayon rəhbərinə məlumat verilib ki, artıq Səməd Vurğun küçəsi döngə 6 ünvanında aparılan abadlıq işləri yekunlaşıb. Belə ki, həmin ərazidə köhnə bardürlər sökülərək yenilənib. Həmçinin, yeni asfalt vurulması üçün hazırlıq işlərinə start verilib.

İcra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir daha tapşırıq və tövsiyələrini verib.







 











 

GOYEZEN.AZ


Geri qayıt