Əsas Səhifə > Manşet / Sosial > Qazaxda daha bir ünvanda abadlıq işlərinə başlanılıb

Qazaxda daha bir ünvanda abadlıq işlərinə başlanılıb


14-03-2020, 17:35


Hər kəsə yaxşı məlumdur ki, son 4 ildir ki, Qazax rayonu ölkə başçısı cənab İlham Əliyevin və rayon rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edir, özünün intibah dövrünü yaşayır. Bu qısa zaman kəsiyində Qazaxda elə bir sahə tapılmaz ki, bu illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayaq. Elm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər bir daha onu sübut edir ki, Qazax hər bir sahədə uğur əldə edə bilər. Son illər Qazaxda daha geniş vüsət alan işlərdən biri də rayonda aparılan abadlıq və quruculuq işləridir. Bu gün bu işlər nəticəsində Qazax böyük bir tikinti meydançasını xatırladır. 2016-cı ildən start verilən abadlıq və quruculuq işləri bu il də uğurla davam etdirilir. Ötən illər ərzində rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə yenidən qurulması bu il də geniş miqyasda həyata keçirilir.

Xeyli vaxtdır ki, Qazaxda "Abad məhəllə” layihəsinin icrası çərçivəsində su və kanalizasiya sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli, 60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binaların yerləşdiyi ərazidə aparılan quruculuq işləri bir daha onu sübut edir ki, illər ötür və Qazax respublikamızın ən abad rayonlarından birinə çevrilir.

Bu gün isə Qazaxda daha bir ünvanda abadlıq işlərinə başlanılıb. Belə ki, su və kanalizasiya sisteminin çəkilişi başa çatan Səməd Vurğun döngə 6 ünvanında quruculuq işlərinə start verilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin ərazidə olub, görülməsi nəzərdə tutulan işlər barədə tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, həmin ərazidə köhnə bardürlər sökülərək yenilənəcək və asfalt döşənəcək. Burada aparılacaq quruculuq işləri sayəsində həmin ərazi yeni görkəm alacaq.

Qazax şəhəri, S.Vurğun döngə 6 ünvanı

 






 

GOYEZEN.AZ


Geri qayıt