Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub

Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub


18-03-2017, 22:11
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Müasir Azərbaycan ədəbiyyatının formalaşmasında, ideya saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında görkəmli yazıçı, nəzəriyyəçi və tənqidçi Mehdi Hüseynin böyük rolu olub.

Yurdumuza baharın qədəm qoyduğu bir vaxtda dünyaya gələn Mehdi Hüseynin bu gün Qazaxda doğum günü qeyd olunub.

Bununla əlaqədar Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşəbbüsü ilə tədbir keçirilib.

Tədbirdə akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov və cəmiyyətin üzvləri, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov və digər qonaqlar iştirak edib.

Tədbir iştirakçıları xalq yazıçısının heykəli önünə gül-çiçək dəstələri qoyaraq ədibin əziz xatirəsini dərin hörmətlə yad ediblər.
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, qüdrətli söz ustası Mehdi Hüseyn sözün əsl mənasında ədəbiyyat fədaisi idi. Ədəbiyyatın taleyi onu öz şəxsi taleyindən çox düşündürürdü. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. Bu gün də Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır.
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Tədbirin aparıcısı AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.Hüseynin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Sonra tədbirdə çıxış edən akademik Teymur Bünyadov Mehdi Hüseynin Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən söz açıb, onunla bağlı olan xatirələrindən danışıb.

Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
Qazaxda Mehdi Hüseynin doğum günü qeyd olunub
GOYEZEN.AZ


Geri qayıt