Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


27-12-2019, 20:16


Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, ölkəmizdə vətəndaş amili hər zaman ön planda tutulur. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar Qazaxda da bu amilin daim diqqət mərkəzində olmasından xəbər verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib.

Xanlıqlar kənd sakini Məhərrəmov Səməd Məmmədəli oğlu qızının ünvanlı sosal yardım və yoldaşını itirdiyinə görə təqaüdlə təmin olunması, şəhər sakini Əliyeva Gülyanaq Emin qızı isə nəvəsinin xəstəliyi ilə bağlı əlillik dərəcəsinin verilməsi barədə müraciət edib. Vətəndaşların istəklərinə cavab olaraq aidiyyatı üzrə müraciət etmələri bildirilib. Eyni zamanda vətəndaşların məsələsinin həlli istiqamətində köməklik olunması ilə bağlı aidiyyatı üzrə tapşırıq verilib.

Çaylı kənd sakini Musayeva Ayla Mehman qızının, şəhər sakinləri I qrup Qarabağ müharibəsi əlili Nəsibov Elşad İsmixan oğlunun, İsmayılov Nəvazi Yolçu oğlunun, Ürkməzli kənd sakini Oruclu Aytəkin Rasim qızının, Kəmərli kənd sakini Əhmədova İnsafə Sabir qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.


 

GOYEZEN.AZ


Geri qayıt