Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


24-12-2019, 21:42


Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da ön planda tutulur. Bunu rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da əyani şəkildə sübut edir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Ağköynək kənd sakini Bayramova Vəsilə Əlövsət qızının və Daş Salahlı kənd sakini Qarayev Bəhruz Cəfər oğlunun işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq istəklərinə uyğun iş yeri yaranan zaman baxılacağı bildirilib.

Şəhər sakinləri Qaragözov Seymur Şərif oğlunun, Rzayeva Ülviyyə Həzi qızının, Ağköynək kənd sakini Salahov Taleh Siyavuş oğlunun, Xanlıqlar kənd sakinləri İsmayılova Həbibə Nərman qızının, Məmmədov Nicat Nizami oğlunun, Həsənov Elnur Həsən oğlunun, Fərəhli kənd sakini Məmmədov Mahmud Zaman oğlunun, Kəmərli kənd sakini Dursunov Adıgözəl Məmməd oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.





 

GOYEZEN.AZ


Geri qayıt