Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


20-12-2019, 19:55


Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da hər zaman ön planda tutulur. Bunu rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlərdən, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılmasından, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul olunmalarından aydın şəkildə görmək olar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.

Çaylı kənd sakini Mahmudova Zeynəb Kərim qızının mənzillə təmin olunması barədə müraciətinə cavab olaraq boş yer yaranan zaman baxılacağı bildirilib.

Çaylı kənd sakini Nuruyeva Aynur Alik qızının torpaq məsələsi ilə bağlı müraciətinə isə yerində baxış keçiriləcəyi qeyd olunub.

Yuxarı Əskipara kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Həsənov Hafiz Zinhar oğlunun əlillərə verilən avtomobillə təmin olunması ilə bağlı məsələsinə cavab olaraq sənədlərini toplayaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və vətəndaşa köməklik olunacağı bildirilib.

Şəhər sakinləri Axundova Süzənbər Həsən qızının, Qasımov Vaqif İsrafil oğlunun, Süleymanova Aytən Afiq qızının, Canalı kənd sakini Süleymanova Fəridə Nəsrəddin qızının, Qazaxbəyli kənd sakini Xalsayeva Fidan Vələd qızının, Xeyrımlı kənd sakini İsmayılova Kifayət Misir qızının, Cəfərli kənd sakini Aşırov İlham Mərdan oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.






GOYEZEN.AZ


Geri qayıt