Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb

Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb


14-03-2017, 15:42
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman onların problemləri ilə yaxından maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Hər bayram və əziz günlərdə olduğu kimi Novruz bayramında da şəhid ailələri unudulmayıb, onlar üçün bayram süfrəsi açılıb.

Qazax rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri üçün təşkil olunmuş bayram tədbirində şəhidlərin yaxınları, doğmaları, ata və anaları, oğul və qızları, həyat yoldaşları iştirak edib.

Tədbirdə ilk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının əziz xatrəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səslənib.
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələrini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara bol ruzi və bərəkət arzulayıb. Qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki, şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma ailəmdir. Bu gün onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər.
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
R.Babaşov çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların ailə üzvlərini bir daha bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Sonra şəhid ataları, anaları, bacıları, qardaşları, oğul və qızları çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə, daim onların problemləri ilə yaxından maraqlandığına görə və ən əsası da bu bayram günlərində onları yaddan çıxartmayaraq bayram süfrəsi ətrafında bir yerə topladığına görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qeyd ediblər ki, biz təkcə bu gün deyil, hər zaman arxamızda bir güc, bir qüvvə hiss etmişik. Bizlərə həm ata, həm qardaş, həm də oğul hissini yaşatmısınız. Buna görə biz şəhid doğmaları sizə uzun ömür və cansağlığı, bundan sonrakı gələcək işlərinizdə uğurlar arzu edirik.
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Sonra Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə və şəhidlərimizə həsr olunmuş səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib. Musiqi sədaları altında bayram şənliyi davam edib.

Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb
Elçin İSMAYIL

Geri qayıt