Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


22-10-2019, 19:35


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.

Şəhər sakinləri Qurbanova Rahilə Novruz qızının mənzillə, Hacıyeva Sevda Kamal qızının torpaq məsələsi ilə bağlı müraciətlərinə cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib

Çaylı kənd sakini Qocayev Qəzənfər Bəhmən oğlu subartezian quyusunun qazılması ilə bağlı müraciət edib. Vətəndaşa qeyd olunan məsələnin "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında əksini tapdığı və növbəti illərdə Çaylı kəndində yeni subartezian quyusunun qazılmasının nəzərdə tutulduğu bildirilib.

Daş Salahlı kənd sakini Dəmirçiyev Mahmud Xondulu oğlu övladlarının işlə təmin olunmasına görə minnətdarlığını bildirib. Rayonda vətəndaş amilinin hər zaman diqqət mərkəzində saxlanılmasını yüksək qiymətləndirib.

Şəhər sakinləri Adamov Akif Hətəm oğlunun, Əliyev İslam Babaş oğlunun, Mustafayeva Sinora Nəbi qızının, Yuxarı Salahlı kənd sakini Kəlayev Şərif Əşrəf oğlunun, Aşağı Əskipara kənd sakini Sadıqova Aybəniz Məhərrəm qızının, Hüseynbəyli kənd sakini Xuduyeva Günel Rafayıl qızının, Xanlıqlar kənd sakinləri Qurbanova Şayəstə İsmayıl qızının, İsmayılova Həbibə Nərman qızının, Eyyubova Mehbarə Hüseyn qızının, Ağköynək kənd sakini Həsənova Naibə Məmməd qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.


GOYEZEN.AZ


Geri qayıt