Əsas Səhifə > Manşet / Rəsmi > “Sizin harda probleminiz var, mən ordayam”

“Sizin harda probleminiz var, mən ordayam”


7-03-2017, 17:39

Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun sərhəd kəndlərində sakinlərlə keçirdiyi görüşlərdə bu fikir səslənib



“Sizin harda probleminiz var, mən ordayam”
Xalqın arasında olmaq, əhalini narahat edən problemləri onların dilindən eşitmək məqsədilə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun kəndlərdə, xüsusən də sərhəd kəndlərində keçirdiyi görüşlər artıq ənənə şəklini alıb. İcra başçısı mütəmadi olaraq kəndlərə gedir, mövcud çatışmazlıqları yerindəcə öyrənərək lazımi tapşırıqlar verir.
“Sizin harda probleminiz var, mən ordayam”
Bu gün rayon rəhbərliyinin Qazaxın sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, Bala CəfərliCəfərli kəndlərində keçirdiyi görüşlər buna əyani sübutdur.
“Sizin harda probleminiz var, mən ordayam”
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov sərhəd kəndlərində keçirdiyi görüşlərdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibətilə onları təbrik edib. Xüsusilə tədbirə toplaşan qadınları 8 Mart - Beynəlxalq Qadınlar Bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, mən fəaliyyətə başladığım ilk gündən kəndlərdə oluram. İstəyirəm ki, kənd sakinlərini narahat edən məsələləri onların öz dilindən eşidim. Sizin harda probleminiz var, mən ordayam, sizin yanınızdayam.
“Sizin harda probleminiz var, mən ordayam”
Sərhəd kəndlərində yaşayan insanlara olan diqqət və qayğım, onları narahat edən məsələlərə yaxından münasibət bildirməyim isə mənim iş planımın ən əsas hissəsini təşkil edir. Çünki sizlər düşmənlə bir addımlıqda yaşayırsınız. Hər an düşmən gülləsi ilə üz-üzə dayanırsınız. Bizim üzərimizə düşən isə odur ki, sizlərlə bir yerdə olaq, sizi narahat edən problemləri həll edək.
“Sizin harda probleminiz var, mən ordayam”
“Sizin harda probleminiz var, mən ordayam”
Quşçu Ayrım kənd sakinlərindən Məmməd Alıyev, Lətif Dünyamalıyev, Nuru Hacıyev, ağsaqqallardan Aslan Pirvəliyev, Süleyman Süleymanov, Fərəhli kənd sakinlərindən Əsmər Məmmədova, Natella Mollayeva, Alı Həsənov, Bala Cəfərli kənd ağsaqqallarından Ələkbər Heydərov, Sabir Vəliyev, Alı Alıyev, Mehman Nəbiyev və başqaları söz alaraq rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova onlarla mütəmadi olaraq görüş keçirdiyinə görə minnətdarlıqlarını bildiriblər.
“Sizin harda probleminiz var, mən ordayam”
“Sizin harda probleminiz var, mən ordayam”
Qeyd ediblər ki, bu bayram ərəfəsində bizlərlə görüşməyiniz, bizi təbrik etmək üçün görüşə gəlməyiniz əsl bayram hədiyyəsidir. Hər zaman sərhəd kəndlərində olmağınız biz sakinlərə düşmənlə bir addımlıqda yaşamağa güc, qüvvət verir. Biz çox sevinirik ki, siz daim bizimlə maraqlanır, bizim problemlərimizin həlli üçün əlinizdən gələni əsirgəmirsiniz. Buna görə də biz kənd sakinləri sizə dərin minnətdarlığımızı bildirir və bundan sonrakı fəaliyyətinizdə sizə uğurlar arzu edirik.
“Sizin harda probleminiz var, mən ordayam”
“Sizin harda probleminiz var, mən ordayam”
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov kəndlərdə keçirdiyi görüşlərdə kənd sakinləri ilə mütəmadi olaraq görüşəcəyini deyərək bildirib ki, mən sizinlə bir yerdəyəm.

“Sizin harda probleminiz var, mən ordayam”
“Sizin harda probleminiz var, mən ordayam”
“Sizin harda probleminiz var, mən ordayam”
Elçin İSMAYIL


Geri qayıt