Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı "İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən Aqro Parkın mövcud vəziyyəti ilə maraqlanıb

İcra başçısı "İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən Aqro Parkın mövcud vəziyyəti ilə maraqlanıb


15-10-2019, 14:37


Ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı son illər imzaladığı çoxsaylı Sərəncam və Fərmanlara uyğun olaraq bu sahənin inkişafı Qazax rayonu üçün də prioritet məsələlərdəndir. Son 3 ildə rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması isə bunun bariz nümunəsidir.

"İnvestel GROUP” MMC tərəfindən rayonun İkinci Şıxlı kəndində tikilən Aqro Park da ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin uğurla icra olunması deməkdir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində yaradılmış bu Aqro Park həm də yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aqro Parkdakı mövcud vəziyyətlə maraqlanıb.

Tikintinin layihə rəhbəri Kamil Əlimirzəyev rayon rəhbərliyinə Aqro Parkdakı mövcud vəziyyət, eləcə də bu il üzrə aparılan əkin sahəsi haqqında ətraflı məlumat verib. Bu il 1052,35 hektar sahədə əkin işləri aparıldığını bildirib. Əkin sahəsinin 300,05 hektarını kartof, 463,0 hektarını buğda, 140,1 hektarını arpa, 5 hektarını noxud, 5 hektarını yazlıq, 20 hektarını payızlıq kök, 74,7 hektarını qarğıdalı, 44.50 hektarını isə soya təşkil etdiyini, bütün sahələrdə məhsul tədarükünün başa çatdığını qeyd edib. 


Məlumat üçün bildirək ki, Aqro Parkda torpaq sahələrinin suvarılması məqsədilə uzunluğu 13,5 km olan 520 m-lik metal borular vasitəsilə (yeraltı) 1-ci, 2-ci və 3-cü pillə nasos stansiyaları arasında basqılı boru kəməri çəkilib. O cümlədən, sahədaxili suvarma məqsədilə uzunluğu 18 km olan 315 m-lik polietilen borularla yeraltı suvarma xətləri çəkilib. Bundan əlavə, Aqro Park daxilində sahəsi 1600 kv.m olan quru anbar, tutumu 2670 ton olan çox funksiyalı soyuducu anbar inşa edilib. Sahəsi 463 kv.m olan ikimərtəbəli inzibati idarəetmə ofis binası da tam hazırdır. Sahəsi 608 kv.m olan texnikaların təmiri saxlanılması məqsədilə talvar quraşdırılıb. Həmçinin ərazidə tərəzi, yeməkxana binası, gözətçi otağı, əlavə qurğular və s. inşa edilib istismara verilib. Elektrik təminatı ilə əlaqədar 13,2 km uzunluğunda elektrik hava veriliş xətti çəkilib. 1 ədəd 1000 kVa, 2 ədəd 630 kVa, 1 ədəd 63 kVa transformatorlar quraşdırılıb. 2-ci və 3-cü pilləli nasos stansiyalarına suyun vurulması üçün 1-ci pillə nasos stansiyasında 3 ədəd (1-i ehtiyatda olmaq şərti ilə) 630 kVa nasos (gücləri) quraşdırılıb. Aqro Parkın su təminatında da məqsədyönlü işlər görülüb. Belə ki, Xram çayı sahilində 1-ci pillə (irihəcmli) nasos stansiyası və suqəbuledici inşa edilib, o cümlədən, çayın kənarında ərazi boyu sahilbərkitmə işləri görülüb. Sahələrdə isə 2-ci pillə və 3-cü pillə nasos stansiyaları inşa edilərək istismara verilib. Həmçinin, torpaqların daimi su ilə suvarılması məqsədilə 2-ci və 3-cü pillə nasos stansiyalarının yanında hər birinin həcmi 4500 kubmetr olmaqla beton örtüklü 2 ədəd su anbarı inşa edilib və ətrafı qorumaya alınıb. Bundan başqa, Aqro Parkın həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib.

 

GOYEZEN.AZ


Geri qayıt