Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı mərkəzi xəstəxanada son tamamlanma işləri ilə maraqlanıb

İcra başçısı mərkəzi xəstəxanada son tamamlanma işləri ilə maraqlanıb


8-10-2019, 17:05


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə maraqlanıb.

2017-ci ildən başlayaraq 2,6 hektar sahədə tikintisi davam etdirilən mərkəzi xəstəxana binası tam hazırdır. Belə ki, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının 5 korpusu ötən il inşa olunaraq hazır vəziyyətə gətirilib. Hazırda isə qalan 5 korpusda - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda son tamamlanma işləri aparılır. 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır.

Rayon rəhbəri hazır olan korpuslardakı mövcud vəziyyət və avadanlıqların tam şəkildə yerləşdirilməsi ilə də maraqlanıb.






 

GOYEZEN.AZ


Geri qayıt