Əsas Səhifə > Manşet / Sosial > Qazaxda sakinlər çoxmənzilli yaşayış binalarında aparılan təmir işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər

Qazaxda sakinlər çoxmənzilli yaşayış binalarında aparılan təmir işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər


25-09-2019, 22:37


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabani 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binalarda görülən işlərlə tanış olublar.

Rayon rəhbərliyinə məlumat verilib ki, Ş.Xiyabanı 25 saylı binanın xarici fasadında görülən suvaq və bloklarda aparılan birinci qat üzlük vurulması işi tam başa çatıb. Hazırda ikinci qat üzlüyün vurulmasına başlanılıb. Eyni zamanda Ş.Xiyabanı 27 saylı binada suvaq işlərinin başa çatdığı, bloklarda isə birinci qat üzlük vurulması işinin yekunlaşmaq üzrə olduğu diqqətə çatdırılıb. Hər iki binada bloklara giriş qapılarının qoyulduğu qeyd olunub.  

Bildirilib ki, ümumiyyətlə, son 3 ildə Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin, vətəndaşlara olan qayğının nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.

27 saylı binada məskunlaşan Bağanıs Ayrım kəndindən məcburi köçkün olan Etibar Adıgözəlov bina sakinləri adından çıxış edərək səmimi ürək sözlərini çatdırıb. Respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə təmir olunmasına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. Ölkə başçısının çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların rayonda uğurla icra edilməsini yüksək qiymətləndirib.Dövlət başçısı tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını və bu gün yüksək səviyyədə təmir olunmuş çoxmənzilli binaların bu qayğının ən bariz nümunəsi olduğunu qeyd edib.

Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Eyni zamanda işlərin sürətləndirilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.

Rayon rəhbərliyi cari ilin avqust ayında əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilən Azadlıq küçəsində yerləşən 92, Ş.Xiyabanı küçəsində yerləşən 12 və 14 saylı çoxmənzilli yaşayış binalarında görülən işlərlə də tanış olublar.

Daha sonra rayon rəhbərliyi rayonumuzda yeni inşa olunan "Qərb qapısı” şadlıq sarayında görülən işlərlə də maraqlanıb. Məlumat verilib ki, yeni tikilən şadlıq sarayı 500 nəfər üçün nəzərdə tutulub. Bundan əlavə, iki mərtəbədən ibarət olan sarayın birinci mərtəbəsində 6 otaqdan ibarət otel də fəaliyyət göstərəcək. Sakinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.








 

GOYEZEN.AZ


Geri qayıt