Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə maraqlanıb

İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə maraqlanıb


17-09-2019, 19:36


Ş.Xiyabanı 25 saylı bina

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25, eləcə də M.V.Vidadi 14 saylı binalarda olub görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda Ş.Xiybanı 25 və 27 saylı binaların xarici fasadında suvaq, bloklarında isə üzləmə işləri görülür.

Təmir işləri ilə yaxından tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin keyfiyyətlə aparılmasını vurğulayıb. Bununla bağlı aidiyyəti üzrə tapşırıq verib.

Sonra icra başçısı M.V.Vidadi küçəsi 14 saylı binada görülən işlərlə tanış olub. Bu binada da işlərin keyfiyyətlə aparılmasını bildirib.

Bina sakinləri adından minnətdarlıq edən Tamaşa Mustafayeva uzun illərdən sonra yaşadıqları binada belə yüksək səviyyədə təmir işlərinin aparıldığını qeyd edib və sakinlər adından təşəkkürlərini çatdırıb. Ölkə vətəndaşlarının maddi rifah halı ilə yanaşı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, son 3 ildə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işləri aparılıb.

Ş.Xiyabanı 25 saylı bina



Ş.Xiyabanı 27 saylı bina







M.V.Vidadi 14 saylı bina


GOYEZEN.AZ


Geri qayıt