Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş ölkəmizdə tolerantlıq və milli-mənəvi dəyərlərə hörmət mühitinin formalaşdırılmasına, qorunub saxlanılmasına görə ölkə başçısına minnətdarlıq edir

Vətəndaş ölkəmizdə tolerantlıq və milli-mənəvi dəyərlərə hörmət mühitinin formalaşdırılmasına, qorunub saxlanılmasına görə ölkə başçısına minnətdarlıq edir


12-09-2019, 14:37

Sahilə Orucovadan


Möhtərəm cənab Prezident.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu, Sizin uğurla davam etdirdiyiniz, ümumi rifaha, vətəndaş həmrəyliyinə, dövlətçiliyimizin möhkəmlənməsinə yönəlmiş uzaqgörən siyasət nəticəsində respublikamız gündən- günə tərəqqi edir və çiçəklənir. Məhz bu siyasətin nəticəsidir ki, qlobal maliyyə böhranının, iqtisadi tənəzzülün tüğyan etdiyi müasir dünyada ölkəmiz inamla inkişaf edir, bütün sahələrdə yeni-yeni uğurlara imza atır. Bu siyasətin mühüm bir hissəsini ölkəmizdə tolerantlıq və milli-mənəvi dəyərlərə hörmət mühitinin formalaşdırılması və qorunub-saxlanılması təşkil edir. Dini ekstremizmin, radikalizmin, məzhəblərarası toqquşmaların baş alıb getdiyi müasir dünyada Azərbaycan məhz Sizin siyasətiniz sayəsində müxtəlif din və məzhəb nümayəndələrinin dostcasına bir ailədə yaşadığı sabitlik adasına çevrilmişdir. Dini tolerantlığa, multikultural ənənələrə sadiqlik baxımından ölkəmizin dünya dövlətlərinə nümunə olması hər bir azərbaycanlının qürur mənbəyidir.

Möhtərəm Prezident, çox sevindirici haldır ki, bu siyasət həm də insanların ümumi rifahının yaxşılaşmasına, vətəndaş məmnunluğuna xidmət edir. Bölgələrdə abadlıq və quruculuq işləri aparılır, insanların problemləri həll olunur. Vətən uğrunda şəhid olmuş insanların ailələrinə xüsusi qayğı ilə yanaşılması, eyni zamanda, aztəminatlı ailələrinin rifah halının yaxşılaşdırılması da daim Sizin diqqət mərkəzinizdədir.

Əziz Prezidentimiz, ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması, dövlətimizin qüdrətlənməsi üçün göstərdiyiniz yorulmaz fəaliyyətinizə görə Sizə öz dərin təşəkkürümü bildirir və uğurlar arzu edirəm. Allah Sizə yar olsun!

Hörmətlə,

Orucova Sahilə Musa qızı

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.


Geri qayıt