Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar çoxmənzilli binaların təmirinə görə ölkə başçısına minnətdarlıq edib

Vətəndaşlar çoxmənzilli binaların təmirinə görə ölkə başçısına minnətdarlıq edib


10-09-2019, 12:42

Alik Həsənov və başqalarından,


Hörmətli cənab Prezident.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf strategiyası və konsepsiyası Sizin tərəfinizdən müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizin siması günbəgün, aybaay dəyişir, gözəlləşir. Bu işlərin önündə Siz dayanmısınız. Son zamanlar verdiyiniz fərman və sərəncamlar xalqımız tərəfindən çox böyük sevinc və fərəhlə qarşılanır. Biz də ölkə vətəndaşları olaraq bu sevincə qoşulmuşuq.

Həmçinin bildiririk ki, yaşadığımız binada aparılan əsaslı təmir və abadlıq işləri də bizi çox sevindirir. Binamızın dam örtüyü dəyişdirilmiş, pilləkənlər təmir olunmuş, fasadlar rənglənmiş, qaz, işıq, su və rabitə xətləri yenilənərək qaydaya salınmışdır. Həyətimizdə abadlıq, səliqə-sahman işləri görülmüşdür.

Cənab Prezident, bu işlərə görə Sizə binamızın sakinləri adından təşəkkürümüzü bildiririk. Allah işlərinizi avand eləsin!

Hörmətlə,

Həsənov Alik Şamil oğlu,

Şahbazov Orxan Elxan oğlu,

Nəsibova Aynur Əşrəf qızı,

Səmədova Şəbnəm Əbülfət qızı,

Yusifova Bəhri Məhəmməd qızı,

Vəliyeva İnayət İsmayıl qızı və başqaları – cəmi 62 nəfər.

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt