Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > islahatlar əzmlə davam etdirilir

islahatlar əzmlə davam etdirilir


16-08-2019, 10:18

Respublika mətbuatı Qazax haqqında------------------------


Qazaxda keçirilən yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncaqda rayonun sosial-iqtisadi inkişafı sahəsində 2019-cu ilin birinci yarımili ərzində görülmüş işlərə dair geniş hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, 2019-cu il iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmişdir. Cənab Prezdent öz çıxışında ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrin icra olunduğunu qeyd etmişdir.

Rayonda təhsil sferasında uğurlu nəticələr əldə edilmişdir. 2018-2019-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 702 nəfər bitirmiş, onlardan 456 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmiş, qəbul imtahanlarının 1-ci mərhələsinin nəticələrinə görə 10 nəfər 600-dən, 25 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Bakı Dövlət Universitetinin Qazax filialı regional ali təhsil müəssisəsi kimi rayonda fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində filialda əyani şöbə üzrə 41 qrup, qiyabi şöbə üzrə isə 6 qrup olmaqla, 17 ixtisas üzrə 1014 nəfər tələbə təhsil alır ki, bunlardan 902 nəfəri əyani, 112 nəfəri qiyabi təhsil alan 63 şəhər və rayonlardan olan tələbələrdir. Tələbələrin təlim-tərbiyəsi ilə 76 nəfər professor-müəllim heyəti məşğul olur. 2018-2019-cu tədris ilində filialı 38 nəfər tələbə bitirərək məzun adını qazanmışdır. 2019-2020-ci tədris ili üçün filiala 17 ixtisas üzrə (4-ü qiyabi olmaqla) 680 nəfər tələbə qəbulu və 4 ixtisas üzrə 12 nəfər magistr hazırlığı planlaşdırılmışdır.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Rayon üzrə fəaliyyət göstərən bütün körpələr evi-uşaq bağçalarında ümumilikdə 335 nəfər işçi fəaliyyət göstərir. Onlardan 147 nəfər şəhər, 188 nəfər isə kənd üzrə fəaliyyət göstərənlərdir. 2017-2018-ci və 2019-cu ilin birinci yarısı ərzində rayonda fəaliyyət göstərən 25 körpələr evi-uşaq bağçalarından 21 bağça binasında bərpa-gücləndirmə və əsaslı təmir-tikinti işləri aparılmışdır. Qalan 4 məktəbəqədər təhsil müəssisəsində də təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir olunmasının salınması təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Belə ki, hesabat dövründə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə aparılan bərpa-gücləndirmə və əsaslı təmir işləri yekunlaşmış və məktəb 4 fevral 2019-cu il tarixdə istifadəyə verilmişdir.. Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı təmirinə başlanılıb.


Qazax Rayon Mərkəzi Xəstəxanasının nəzdində 135 çarpayılıq şəhər xəstəxanası, 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, bir Təcili və Təxirə Salınmaz Tibbi Yardım stansiyası, 3  Poliklinika şöbəsi,  100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir. Bundan əlavə, rayonda respublika tabeçiliyində olan Müalicə Diaqnostika Mərkəzi və 113 təcili tibbi yardım xidməti fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı Sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq 10 korpusdan ibarət Mərkəzi Rayon Xəstəxana Kompleksinin 5 korpusunda tikinti işləri başa çatdırılmış, tibbi avadanlıq və inventarlarla tam yüksək səviyyədə təmin edilmişdir. Əlavə 5 korpusun tikinti işləri başa çatdırılıb, xəstəxana yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

2019-cu ildə Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüyünün təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2019-cu il tarixli 922 nömrəli Sərəncamı ilə Qazax rayonunda 8 çoxmənzilli binaların dam örtüklərinin təmirinə 669,53 min manat vəsait ayrılmışdır.

Sonra məruzə ətrafında çıxışlar olub. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsinin müdiri Laçın Qurbanov və başqa natiqlər çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Hesabat dövründə görülmüş işləri yüksək qiymətləndiriblər. Bildiriblər ki,  Qazaxı və qazaxlıları bundan sonra da daha böyük uğur və nailiyyətlər gözləyir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, tapşırıq və tövsiyələrini verib.

Vəli VƏLİYEV,

"Respublika” qəzetinin bölgə müxbiri

16 avqust 2019-cu il



Geri qayıt