Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


29-07-2019, 21:21


Dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində baxılması bir amala xidmət edir ki, bunun da kökündə hər zaman vətəndaş məmnunluğu dayanır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Şəhər sakini Məmmədova Sevil Süleyman qızının xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin verilməsi barədə istəyinə cavab olaraq aidiyyəti üzrə müraciət etməsi bildirilib.

Çaylı kənd sakinləri Məmmədova Yeganə Afiq qızı və Göşşüyev Əli Mürsəl oğlu  övladlarının, Xanlıqlar kənd sakini Vəliyeva Ləman Rəfail qızı, Daş Salahlı kənd sakini Süleymanova Növrəstə Fərhad qızı özlərinin, şəhər sakini Gəncəliyev Allahverdi Sarif oğlu isə həyat yoldaşının işlə təmin olunmalarına köməkilk edilməsini qeyd ediblər. Vətəndaşlara ixtisaslarına və istəklərinə uyğun boş iş yeri yaranan zaman müraciətlərinə baxılacağı qeyd olunub.

Çaylı kənd sakini, şəhid atası Civişov Mehdi Əsəd oğlunun suvarma suyu ilə bağlı müraciətinə aidiyyəti şəxslərin yerində baxış keçirəcəyi və həlli mümkün olan nə varsa, ediləcəyi vurğulanıb.

Şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Osmanov Ceyhun Vidadi oğlunun, Yuxarı Əskipara kənd sakini Tağıyev Ramin Vaqif oğlunun, Kəmərli kənd sakini Hüseynəliyev Niyazi Yolçu oğlunun, Çaylı kənd sakini Alıyev Bəkir Alı oğlunun, İkinci Şıxlı kənd sakini Məmmədova Elnarə Səyavuş qızının, Ürkməzli kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Musayev Nüsrət Qulu oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.






GOYEZEN.AZ


Geri qayıt