Əsas Səhifə > Manşet / Rəsmi > Alpout kəndində vətəndaşların müraciətinə baxılıb

Alpout kəndində vətəndaşların müraciətinə baxılıb


29-07-2019, 16:40


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup Alpout kənd sakininin müraciətinə əsasən həmin kənddə olub. Vətəndaşlar kənddə mövcud olan nasos stansiyasının su hövzəsinin genişləndirilməsi və təmizlənməsi barədə müraciət etdiklərini qeyd ediblər.

Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri Respublika Prezidenti İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısından danışıb. Ölkəmizdə vətəndaş amilinin hər zaman ön plana çəkildiyini, onların müraciətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığını, qaldırılan hər bir məsələyə operativ şəkildə baxıldığını bildirib.

Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov sakinlərin müraciəti ilə bağlı icra başçısına ətraflı məlumat verib və bununla əlaqədar təkliflərini söyləyib.

Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri nasos stansiyasının su hövzəsində təmizlik işlərinin aparılması, ərazinin genişləndirilməsi ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verib. Kənddə su təsərrüfatının yaxşılaşdırılması məqsədilə ehtiyac olduğu halda 2 ədəd 5 tonluq su çəninin qoyulmasını bildirib.

Sakinlər onların istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



 

GOYEZEN.AZ


Geri qayıt