Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı 3 saylı körpələr evi-uşaq bağçasında olub

İcra başçısı 3 saylı körpələr evi-uşaq bağçasında olub


23-07-2019, 12:54

Bu gün Azərbaycanda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri məhz uşaqlarla bağlı olan sahədir. Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.  Dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikamızın hər yerində yeni-yeni körpələr evləri inşa olunaraq balaca fidanların istifadəsinə verilir.

Ölkə başçısının regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani göstəricisi isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Ən son Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilməsi bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayonda bağça tikintisi ilə yanaşı, uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi önəm verilir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən ilin avqustunda şəhərin mərkəzində əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq bağçasında olub. Körpələrə verilən ərzaqların keyfiyyəti, uşaqlara göstərilən diqqət və qayğı, balacaların tibbi müayinə olunmaları ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.

Bağça müdiri Elnarə Məmmədli uşaqlara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İstər bağçadakı şəraitin, istərsə də uşaqların düzgün qidalanması ilə bağlı atılan addımların valideynlər tərəfindən də razılıq hissi ilə qarşılandığını bildirib.



 

GOYEZEN.AZ


Geri qayıt