Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda suvarma sahəsində çalışan işçilər təltif olunublar

Qazaxda suvarma sahəsində çalışan işçilər təltif olunublar


7-06-2019, 11:31


5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunduAzərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon Meliosevis İdarəsinin rəisi Pənahov Ərəş Məhəmməd oğlunu və idarədə mexanizator vəzifəsində çalışan Bənnayev Fikrət Məşədi oğlunu peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib. Səmimi qəlbdən təbrik edərək bundan sonrakı işlərində daha böyük uğurlar arzulayıb.

Meliosevis İdarəsinin rəisi Ərəş Pənahov çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən məqsədyönlü siyasət sahəsində bu gün bütün xidmət sahələrində olduğu kimi, əhalinin içməli su ilə təminatı sahəsində də bir çox uğurların əldə edildiyini deyib. Bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edilməsi üçün paytaxt ilə yanaşı bölgələrdə də əhaliyə yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə müasir tələblərə cavab verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir. Qazax şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması layihəsinin icrasına başlanılması da bu dediklərimizin əyani sübutudur. Ə.Pənahov Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Rayon İcra Hakimimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.

GOYEZEN.AZ


Geri qayıt