Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı Qazax şəhər Poliklinikasında vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

İcra başçısı Qazax şəhər Poliklinikasında vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


30-05-2019, 11:37


Son illər ölkəmizdə daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. Respublika Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində son 15 ildə ölkədə digər sahələrlə bərabər səhiyyə sahəsində də islahatlar uğurla reallaşdırılır. Bu gün təkcə paytaxt Bakıda deyil, bölgələrdəki tibb müəssisələrinin də ən müasir avadanlıqla təchiz olunması, müalicə-diaqnostika mərkəzlərinin, xəstəxanaların tikilməsi, mövcud səhiyyə ocaqlarının əsaslı şəkildə təmir olunması bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Ölkə başçısının qayğısı sayəsində Qazax rayonunda da bütün sahələrə olduğu kimi səhiyyə sahəsinə xüsusi diqqət göstərilir. Ölkə rəhbərinin bu sahəyə olan diqqəti və qayğısı rayonda ən əsas istiqamət kimi götürülür. Bu gün Qazaxda rayon sakinlərinin sağlamlığının təmin olunması, əhaliyə səhiyyə sahəsində yüksək səviyyədə xidmət göstərilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Rayonda 145 çarpayılıq 10 korpusdan ibarət olan mərkəzi xəstəxana binasının tikintisi də bu sahəyə olan qayğının əyani sübutudur.

Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən digər sahələrə olduğu kimi səhiyyə sahəsinə də xüsusi həssaslıqla yanaşır. İcra başçısının rayonda fəaliyyət göstərən tibb müəssisələrində olması, vətəndaşlara göstərilən xidmətlərlə mütəmadi olaraq maraqlanması bu qayğının göstəricisidir.

Rayon rəhbəri bu gün Qazax şəhər Poliklinikasında olub, sakinlərə göstərilən xidmətlərlə maraqlanıb.

Rayon rəhbərliyi burada çalışan həkim və tibb bacıları ilə görüşərək poliklinikaya müraciət edən hər bir vətəndaşın istəyinə xüsusi həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. İstər dərman preparatlarının verilməsində, istərsə də digər xidmətlərdə vətəndaşlara daim qayğı göstərilməsini qeyd edib. Bəzi tapşırıq və tövsiyələrini verib.

Sakinlərlə səmimi söhbət edən icra başçısı onların sağlamlığının qorunması üçün dövlət və dövlət başçısı tərəfindən hər cür dəstək göstərildiyini bildirib. Rayonda inşa olunan mərkəzi xəstəxananın yaxın vaxtlarda istifadəyə veriləcəyini bildirən rayon rəhbəri bundan da yaxşı şəraitdə xidmət göstəriləcəyini qeyd edib.

Rayon rəhbəri ilə görüşən sakinlər Qazaxda səhiyyə sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, xüsusilə də sakinlərə olan səmimi münasibətə görə icra başçısına təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, sizin hər dəfə səhiyyə müəssisələrində olmağınız, biz vətəndaşlara göstərilən xidmətlərlə maraqlanmağınız səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət hissi qoymaqla yanaşı, biz sakinlərdə dövlətə və dövlət başçısına böyük inam hissi yaradır. Bu, eyni zamanda, biz vətəndaşlara göstərilən qayğı deməkdir.

Şəhər Poliklinikasının baş həkim əvəzi Sultan İsayeva da səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Yaradılan yüksək şəraitə, sonsuz diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıb.










GOYEZEN.AZ


Geri qayıt