Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


21-05-2019, 23:42


Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da daim diqqət mərkəzində saxlanılır. Son 3 ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsini həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsindən aydın şəkildə görmək olar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Ağköynək kənd sakini Musayev Yasin Fərhad oğlu yaşadığı evin yanından keçən 10 minlik elektrik xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi bildirilib və qaldırılan məsələ ilə aidiyyəti şəxsə tapşırıq verilib.

Barxudarlı kənd sakini Əsgərov Navazi Muxdar oğlu onun adına olan evin oğlunun adına sənədləşməsinə köməklik olunmasını xahiş edib. Vətəndaşın istəyini diqqətlə dinləyən icra başçısı qaldırılan məsələnin araşdırılacağını bildirib.

İşlə təmin olunması barədə müraciət edən Cəfərli kənd sakini Mustafayeva Xəyalə Məzahir qızına ixtisasına uyğun olaraq Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda iştirak etməsi tövsiyə olunub.

Şəhər sakinləri Əhmədova Validə Hüseyn qızının obyektinin tikintisi, Yusifova İlhamə Nazim qızının qaz xəttinin çəkilişi ilə bağlı müraciətlərinə cavab olaraq yerində baxış keçiriləcəyi qeyd edilib.

Yuxarı Salahlı kənd sakini, şəhid atası Əlləzov Ələddin Əlləz oğlu isə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərinə minnətdarlığını bildirib. Övladının dəfni zamanı olan səmimi münasibətə və qayğıya görə razılığını çatdırıb.

İkinci Şıxlı kənd sakini Məmmədov Xurşid Bayram oğlu da torpağının sənədləşməsinə göstərilən köməyə görə minnətdarlıq edib. O, qeyd edib ki, müraciətimin öz müsbət həllini tapması bir daha onu göstərdi ki, icra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə həssaslıqla yanaşılır və mümkün olan köməklik göstərilir.

Şəhər sakinləri Bədəlov Elmar Həsən oğlunun, Şaqımov İsmayıl Nazim oğlunun, Çaylı kənd sakinləri Nağıyev Mahir Hüseyn oğlunun, Aslanov Yaqub Təmraz oğlunun, Mehbalıyev Amil Hidayət oğlunun, Ürkməzli kənd sakini Orucova Kəmalə Paşa qızının, Hüseynbəyli kənd sakini Süleymanov Cavid Hüseyn oğlunun, Qazaxbəyli kənd sakini Əzizova Tahirə Rəşid qızının, Kosalar kənd sakini Əsgərova Raya Abuzər qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.






GOYEZEN.AZ


Geri qayıt