Əsas Səhifə > Manşet / Təhsil > Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları BDU-nun Qazax filialında olublar

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları BDU-nun Qazax filialında olublar


8-05-2019, 19:34
     

Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub, müəllim və tələbələrlə görüşüblər.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovİnstitutun dekanı Mirniyaz Mürsəlov, magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova, KİV nümyəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və müəllim-tələbə kollektivini müqəddəs Ramazan bayramının başlanması münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək qonaqları salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Bugünkü görüşün təşkilinə görə rayon rəhbərliyinə və İnstitutun əməkdaşlarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə ulu öndərin layiqli davamçısı İlham Əliyevin həmin siyasəti olduğu kimi həyata keçirdiyini bildirib. A.Rüstəmov Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq bu sahənin də ölkə rəhbərinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə ekstremizmə, fanatizmə, radikalizmə və digər dini cərəyanlara qarşı məqsədyönlü işlərin görüldüyünü qeyd edib. Respublika Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 9 fevral 2018-ci il tarixli sərəncamla Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan ən uğurlu addım kimi dəyərləndirib.

Aİİ rektoru Ceyhun Məmmədov çıxış edərək müəllim və tələbələri salamlayıb, tədbirin belə yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və filialın kollektivinə  minnətdarlığını bildirib. Ölkəmizin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında olmaqdan məmnunluğunu diqqətə çatdıran rektor bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini arzu edib və hər an belə görüşlərə hazır olduqlarını qeyd edib. C.Məmmədov bildirib ki, bugünkü görüşün əsas məqsədi İnstitut haqqında məlumat vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün İnstituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar verməkdir. Rektor bu gün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Ümummilli liderin dinimiz haqqında vaxtilə söylədiyi "Dinimiz xalqımızın milli sərvətidir” cümləsini qeyd edərək bu gün həmin sərvətə ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə sahib çıxıldığını vurğulayıb. Bunun ən bariz nümunəsinin isə 9 fevral 2018-ci il tarixli sərəncam və həmin sərəncama əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Bu gün tələbələrə tədrislə bərabər təlim və tərbiyənin verilməsinin böyük önəm daşıdığını qeyd edən rektor bu sahədə İnstitut kollektivi tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. C.Məmmədov qeyd edib ki, bu gün sevindirici haldır ki, Qazaxda təhsil və din sahəsi paralel olaraq daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının arzu və istəklərinə uyğun olaraq böyük işlər həyata keçirilir. Rektor çıxışının sonunda institutla filial arasında dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib və bu cür görüşlərin İlahiyyat İnstitutunda da təşkil olunmasını arzu edib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Bu gün ən gənc ali təhsil ocağı olmasına baxmayaraq İnstitutda 100-dən çox tələbənin təhsil aldığını qeyd edib. 1 yaşını qeyd edən ali təhsil ocağında bu gün tələbələrin bilikli, savadlı, intellektli, ən əsası da peşəkar mütəxəssislər kimi yetişmələri üçün hər cür şərait yaradıldığını bildirib. Ötən 1 il ərzində İnstitutun kollektivi olaraq xeyli sayda işlər görüldüyünü vurğulayıb. Qeyd edib ki, İnstitutun kollektivi olaraq ən əsas hədəf və məqsədimiz bu təhsil ocağını elmi-tədqiqat mərkəzinə çevirməkdir. Bunun üçün məqsədyönlü layihələrin, proqramların hazırlandığını diqqətə çatdırıb.

Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin, mövcud ixtisaslar haqqında geniş məlumat verib. O,İnstituta qəbul olunmuş hər bir abituriyentindövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacağını bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.





GOYEZEN.AZ

Geri qayıt