Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


23-04-2019, 21:55


Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkə rəhbəri İlham Əliyev tərəfindən ölkəmizdə vətəndaşlarla bağlı həyata keçirilən uğurlu layihələr, tədbirlər, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində imzalanan çoxsaylı fərman və sərəncamlar Qazax rayonunda da olduğu kimi icra olunur. Son 3 il ərzində dövlət başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda ön plana çəkilməsi,  rayon rəhbərinin iş fəaliyyətinin əsasını rayon sakinləri və onları narahat edən məsələlərin təşkil etməsi bu dediklərimizin əyani göstəricisidir. Həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər və vətəndaşların fərdi şəkildə qəbul olunması da bunu söyləməyə əsas verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Qarapapaq kənd sakini Seyidov Mirabbas Mirsənan oğlunun, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Vəliyeva Günay Ələkbər qızının, şəhər sakini Məmmədova Səmayə Qasım qızının müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri qaldırdıqları hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib.


GOYEZEN.AZ


Geri qayıt